“Siemens” şirkətinin Rusiyada daha bir korrupsiya sxemində adı hallanıb

0
35
Kompüter tomoqrafları, vasitəçilər və rüşvətlər

Almaniyanın “Siemens” şirkətinin adı tez-tez Rusiyada rüşvət qalmaqalı ilə hallanır.

“Siemens”in turbinlərinin “özlərinin xəbəri olmadan” beynəlxalq sanksiyalara rəğmən Krımdakı elektrik stansiyalarında istifadə eidlməsi ilə bağlı hay-küyün sədası bitməmiş şirkətin Rusiyanın dövlət adamları ilə korrupsiya əlaqələri barədə yeni informasiyalar gəlir.

“Der Spiegel” jurnalının yazdığına görə, “Siemens” şirkətinə məxsus tibbi avadanlıqlaırn satışı ətrafında rüşvət maxinasiyaları ortaya çıxıb.

Jurnalistlərin araşdırmasına əsasən ABŞ-ın Qiymətli kağızlar və birja komissiyası (SEC) hazırda şirkətlə bağlı xüsusi təhqiqata başlayıb.

Xəbərdə almanlaırn 2011-ci ildə Çində tomoqraflar satmaq üçün külli miqdarda rüşvət verdiyi göstərilir. Eyni mexanizmin Rusiyada da həyata keçirildiyi məqalədə bildirilib.

Almaniyanın Bavariya əyalətinin Ausburq şəhər prokurorluğunun hazırladığı 85 səhifəlik sənəddə hələ ki şirkət bəzi ittihamlardan kənar qoyulub. “Siemens”in özünün bildrdiyinə görə, şirkətin Moskva filialının iki meneceri Noy Ulm şəhərində yaşayan bir alman əsilli Rusiya vətəndaşı sahibkarla cinayət əlaqəsinə giriblər. 2008-ci “Siemens”in vasitəsilə bu adamlar rüşvət alaraq ciblərini doldurublar.

İlkin fərziyyələrdə “Siemens” burada qurban rolunda göstərilir. Lakin həmin işlə bağlı Rusiyada aparılan təhqiqat olduqca qəribə nəticələrlə bitib. Belə ki, rus müstəntiqlər öz vətəndlərində digər xüsusi xidmət orqanları ilə toqquşublar və nəticədə özləri həbsə düşüblər. Daxil İşlər Nazirliyinin antikorrupsiya idarəsinin rəis müavini isə hətta özünü 6-cı mərtəbədən ataraq “intihar edib”.

Ausburq prokurorluğunun yeni təhqiqat sənədlərində işdə “Siemens” artıq qurban kimi deyil, cinayətdə əli olan hüquqi şəxs olaraq keçir.

Burada Valdemar R. isimli Rusiya almanından bəhs olunur. Həmin adamın işi Rusiya məmurlarını müxtəlif yollarla ələ almaq olub. Belə ki, o, əyalət qubernatorlarının və başqa yüksək vəzifəli şəxslərin bahalı alman klinikalarında müalicəsini təşkil edib, onların Lixtenşteyndə bank hesabı açmasına kömək göstərib. Həmin hesablarda isə “Siemens”lə bağlanan müqavilələrlə bağlı verilən milyonlar peyda olub.

2007-ci ildə rusiyalılar Almaniyadan 109 milyon dollarlıq tomoqraf alıblar. Bu həmin avadanlıqlaırn əsl qiymətindən 170% baha imiş.

Valdemar R.-in əsas işi qonaqları Münhendə “Maybach” markalı limuzinlərdə qarşılayıb onları xəstəxanalara götürməkmiş. Onun hər eksklüziv qonağa görə faiz aldığı bildirlir. Zirək vasitəçinin bununla 365 min avro qazandığı qeyd olunur.
Məsələn, 2011-ci ilin iyul ayının 4-də, əvvəl Çelyabinsk şəhərinin meri, daha sonra vilayət qubernatoru olmuş Mixail Yuryeviçin Ulm şəhərindəki elitar xəstəxanaya yerləşdirilməsi təşkil olunub. Qalmaqal ortaya çıxdıqdan sonra isə Yuryeviç səyahətin bütün xərclərini yenidən öz cibindən ödəyib.

Çelyabinskdə Valdemar R. “Siemens” tomoqrafları vasiətislə Rusiyadakı tibb avadanlıqları bazarına çıxış əldə edib. O, alman şirkətindən aldığı 6,5 milyon dollarlıq avadanlığı sonradan ruslara 13,8 milyon dollara satıb.

Tümendə isə Valdemar pozitron emissiya tomoqraflarının satışına görə qubernatorun müşaviri ilə əlaqəyə girib. Valdemar R. hətta qubernatorun dostu ilə sonradan “Siemens” aparatları ilə təchiz olunacaq xəstəxana tikməyi planlaşdırıbmış. Bundan ötrü xüsusi tikinti şirkəti də yaradılıb. Nəticədə “Siemens”dən alınan 11,2 milyon dollarlıq sistemlər ruslara 28 milyon dollara təklif olunub. Lakin işin əsas podratçısına bu da azlıq edib və nəticədə dövlət büdcəsindən 33 milyon dollar qoparılıb.

Əldə olunan pullar isə Lixtenşteyndəki “Valartisbank”dakı xüsusi hesaba yatırlıb. Valdemar.R.-in özünün etriaf etdiyi məbləğ 4,5 milyon dollardır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin