Sevinc Osmanqızıdan REAL Partiyasına ittiham: “…cınqırlarını çıxarmadılar” – (“Screen”lər)

0
66

Natiq Cəfərli: “Doğru deyil, statusumu oxusunlar” 

Hazırda ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı facebookda qalmaqallı status yazıb. O, Real Partiyasının üzvlərini onu müdafiə etməməkdə qınayıb. O, bunu REAL-çıların hakimiyyətlə gizli əlaqələrinin olması ilə əlaqələndirib.
S.Osmanqızı Arif Yunusun bir müddət öncə bu mövzuda yazdığı bir statusu paylaşaraq, “Real”çılar barədə aşağıdakıları yazıb: “Bu paylaşımı indi gördüm, amma keçiləsi deyil, paylaşıram. Öz aramızdı, mənim də məsələmdə hətta qatı llhamsevərlərdən belə “ayıbdır”, “rəzillikdir”, “Azərbaycan kişisi kimi xəcalət çəkirəm” kimi ürək yanğısı gördüm. Amma İlqar dostumuz başda olmaqla, bir Realçı da cınqırını belə çıxarmadı. Sanki belə də olmalıdır, jurnalistləri şantaj edirlər, etsinlər də…

Nə deyim vallah! Bəlkə, doğrudan da, bir vaxtlar “zoopark” dedikləri yerə düşmək üçün adamlıqdan çıxmalısan?”.

Xatırladaq ki, A.Yunus da 26 apreldə Real sədri İ.Məmmədov barədə aşağıdakıları yazmışdı: “Ay millət, niyə yapışmışınız İlqar bəyin “gah bu divara, gah o divara görə ağlamayın” sözlərə? Axı o siyasətçidir, onun üçün zooparkın kreslosu daha vacibdir. Və bir gün bu hakimiyyət lap Qız qalasını söksə, noolsun? Adı daşlardır onun üçün. Tak çto, mehriban olun və 18 aydan sonra ilhamla irəli seçkilərə!”

Картинки по запросу natiq cəfərli canlı yayın
Musavat.com bu ittihamlara Real Partiyasının icra katibi Natiq Cəfərlinin münasibətini öyrənib. N.Cəfərli bildirib ki, S.Osmanqızının bu statusundan xəbəri olsa da, ona münasibət bildirməyə ehtiyac duymayıb: “Biz bu barədə şərh vermək istəmirik. Bu, doğru deyil. Osmanqızı ilə bağlı olaya münasibət bildirmişəm. Sosial şəbəkədə bu barədə statusum var. İstəyən tanış ola bilər”.

Musavat.com N.Cəfərlinin bu mövzuda yazdığı statusu təqdim edir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin