Qüdsdə yəhudi ravvinliyinin qarşısına “mavi”lərin bayrağı asıldı…-FOTO

0
63
Nə tökərsən aşına, o da çıxar qaşığına!..
Bu günlərdə demokratiyanın rəmzi olan homoseksuallar Bakıdakı “Kristal-hol”u da “fəth” etdilər…
Transgenderlər İsraildə də  fəallaşmaqdadır. “Lexava” hərəkatının fəallarından olan Ariel Popoviç  üzdəniraq “LGBT” aktivistləri ilə bağlı  polisə şikayət edib.
Moderator.az  xəbər verir ki, yerli “Arutz-7” saytının yazdığına görə, buna səbəb Qüdsdəki yəhudi ravvinliyi idarəsi və şəhərin baş ravvininin ofisinin girişində “mavi”lərin rəmzi olan “göy qurşağı” bayrağının asılması   və təhqiramiz qraffiti çəkilməsi olub.
A.Popoviç “LGBT” aktivistlərinin dəfələrlə kobud və aqressiv hərəkətlər  nümayiş etdirdiyini bildirib.  Onun sözlərinə görə, “LGBT” icması yəhudi xalqının və Tövratın dəyərlərini qoruyan Qüdsün ravvinlərinə qarşı təhrikedici fəaliyyətlə məşğuldur. “Lexava” fəalı polisdən “mavi” xuliqanların məsuliyyətə cəlb olunmasını tələb edib.
Həftənin əvvəlində Qüdsün baş ravvini Arye Stern bələdiyyə başçısı Moşe Liona müraciət edərək transgenderlərin paradından öncə paytaxtın küçərinə “göy qurşağı” bayraqlarının asılmasının qadağan olunması tələbi ilə müraciət edib. Din xadimi bu bayraqların vətəndaşların duyğularını təhqir etdiyini vurğulayıb. Mayın 28-də səhər isə məhz baş ravvininin ofisinin və ravvinlik idarəsinin girişlərində “mavi”lərin bayrağı asılıb və təhqiramiz qraffiti  həkk edilib.
P.S. “Mavi”lər, homoseksuallar, lesbiyanlar əsasən yəhudi bankirləri və başbilənlərinin başçılığıyla fəaliyyət göstərən mason-filan adlanan pərdəarxası super güclər tərəfindən təşkilatlandırılıb yönləndirilir. Məqsəd dünyanı “demokrtikləşdirmə”, “qloballaşdırma” adı altında əksər xalqların dini, milli dəyərlərini məhv edərək “vahid dünya dövləti” qurmaqdır. Allahdan gələn bəşəri dəyərlərə qarşı bu cür mübarizə isə artıq İsrailin, Britaniyanın özündə də milli, dini dəyərləri təhlükə altında qoyur. Nə tökərsən aşına, o da çıxar qaşığına…
P.P.S. Qeyd edək ki, son illər Azərbaycanda da, xüsusən hər beynəlxalq idman, incəsənət tədbiri öncəsi “homoseksuallar”-filanlar fəallaşır. Bu günlərdə Bakıdakı  “Kristal-hol”un qarşısında da bayraqlarını qaldırıblar…
Sultan Laçın

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin