Qoşqar Təhməzli Eldar Mahmudovun odioz bandası imicində – Dəhşətli iddialar…

0
42

Qida Təhlükəsizliyi Agentliyi artıq Eldar Mahmudovun odioz bandası imicini qazanmaqdadır

Bilgilərə görə, Qoşqar Təhməzlinin əməkdaşları sahibkarların canına “saman təpir”lər.

Vaxtilə iş adamlarından qeyri-qanuni pullar yığan, başlarına torba keçirib MTN-ə gətirib soyub buraxan E.Mahmudov çetesinin daha “mədəni” forması olan QTA işçiləri obyektlərdən, restoranlardan xərac yığmaqda ittiham edilirlər.

Jurnalist Eynulla Fətullayev də yazıb ki, Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyidir: “Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır”.

Jurnalist iddia edib ki, Bakının bazarlarında açıq şəkildə ölü heyvan əti satılır, QTA məmurları isə onu satanlardan rüşvət alaraq, buna göz yumurlar:

“Hər səhər, təxminən saat 5.00-dan-8.00-a qədər “Təzə Bazar”da ölü ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu “qara nöqtənin” əsas müştərilərindəndir.

Qida Təhlükəsizliyi Agentliyi bu “qara bazar”dan rüşvət alır və belə cinayətlərə göz yumur. Məncə, bu agentliyin fəaliyyəti ciddi nəzarətə götürülməlidir”.

Q.Təhməzlinin fəaliyyətindən narazılıq barədətəkcə E.Fətullayev yazmır. Vaxtaşırı bu qurumun özbaşınalıqları, insanların qida təhlükəsizliyinə birbaşa təhlükə olmaları haqda məlumatlar verilir. Əvəzində isə agentlik sədrinin başı xaricdəki biznesinə qarışıb.

Ölkənin qida təhlükəsizliyinə cavabdeh olan cənab Təhməzlinin Slovakiyadakı Saffran S.R.O. şirkəti hotel və mehmanxanaları tekstil və hamam aksesuarları ilə təmin edir (şirkətin saytı: http://saffran.sk).

Agentlik rəhbərinin Bratislavada şirkətin məhsullarını təqdim edən satış mərkəzi də fəaliyyət göstərir. Şirkət 5000 avro nizamnamə kapitalı ilə Bakı şəhəri Orucəliyev küçəsi 9/12, mənzil 40-da qeydiyyatda olan Təhməzlinin öz adına rəsmiləşdirilib.

25 dekabr 2017-ci ildə cənab Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edildikdən sonra Slovakiyadakı biznesini yaxın adamı olan Cavidan İmanovun adına keçirmək qərarına gəlir. 2018-ci il iyulun 3-də Saffran S.R.O. Belarus vətəndaşı, Minsk sakini Svitlana Palamarchukun (20%) və Cavidan İmanovun (80%) adına keçirilir.

Təhməzlinin şirkəti Avropa şirkəti adı ilə Ukrayna bazarına da daxil olub. Nizamnamə kapitalı 21 milyon Ukrayna qrivnisi olmaqla bu ölkədə də qeydiyyata alınan şirkətin Ukraynadakı ofisi Solomensky, Vadim Hetman küçəsi 27 ünvanında yerləşir və Palamarchuk Svetlana Valentinovna tərəfindən idarə olunur.

Təhməzlinin Gürcüstanda Universal Medikal Group şirkəti fəaliyyət göstərır.

Şirkət 2011-ci il dekabrın 22-də Tiflisin regional Bako Saburtalo vergi müfəttişliyində B11184596 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Şirkətin 50 faizlik hissəsi agentlik rəhbərinə, 50 faizlik hissəsi isə Türkiyə vətəndaşı Oqtay Öztürkə aiddir.

Cənab Təhməzlinin Türkiyədə də biznesi var. Agentlik rəhbəri “Tosgo group medikal inşaat ve turizm sanayi ticaret limited şirketi”ni hələ 2014-cü il mayın 5-də İstanbulda qeydiyyatdan keçirib. Şirkət tibbi avadanlıqların, kosmetik vasitələrin və tekstil məhsullarının istehsalı və satışı ilə məşğuldur.

Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi haqda bu qədər geniş məlumat verməyimiz təsadüfü deyil. Bu qurum “Asan” xidmətdən sonra ölkə rəhbərinin böyük etimad göstərərək yaratdığı ikinci müstəqil qurumdur.

Hələ Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlamazdan öncə, çoxları elə zənn edirdi ki, adıçəkilən qurum işinə start verdikdən sonra qısa müddət ərzində ölkənin ərzaq təhlükəsizliyi sahəsində nəzərəçarpacaq irəliləyişlərə imza atılacaq, mövcud problemlərin heç olmasa bir qismi öz həllini tapacaq.

Lakin bununla bağlı gözləntilər heç də özünü doğrultmadı. Bu azmış kimi, son günlər Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı digər nüanslar müşahidə
edilməkdədir.

Məlumat üçün bildirək ki, Qida Təhlükəsizliyi Agentliyinə qədər istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarət işi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilirdi. İndi bu səlahiyyətlər sözügedən agentliyə verilib.

İnternet resursları üzərindən axtarışlarda ilk rast gələn məlumatda Qoşqar Təhməzovun Fərhad Təhməzovun qardaşı olduğu bəlli olur.

Fərhad Təhməzovun isə vaxtı ilə Qaçqınkomda keçmiş deputat Ayaz Orucovun yerinə (Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru vəzifəsinə) təyin olunub. Fərhad Təhməzov fonda təyin olunarkən hər şeydən əvvəl fondun fəaliyyətindəki korrupsiyanın azalması gözlənilsə də, gözləntilər özünü doğrultmadı.

Belə ki, elə ilk günlərdən “Qaçqınkom”un şöbə müdiri, Əli Həsənovun qohumu olan Elman İsmayılıovla əlbir olan Fərhad Təhməzov qaçqınlar və məcburi köçkünlər üçün qəsəbələrin tikilməsi üçün ayrılan vəsaitlər üzərində nəzarəti ələ keçirib.

Həmin qəsəbələrin tikintisi zamanı isə mal və materialların, həmçinin əmək qüvvəsinin qiymətlərini bir neçə dəfə şişirtməklə külli miqdarda korrupsiyaya yol verdiyi qeyd olunur.

Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin