Qonşu gəlini ilə görüşən Anarın müəmmalı ölümü – O, özünü niyə asdı? (Video)

0
42

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə “Gəl Dərdini Danış”da teleaparıcı daha bir cinayətin təfəruatları araşdırıb.

RealMedia.az xəbər verir ki, Amil Xəlil Göyçayda baş verən müəmmalı ölüm hadisəsi ilə bağlı adı çəkilən rayona yollanıb. Verilişə müraciət edən Firəngiz xanım oğlunun ölümündə qonşularını günahlandırıb. İddialara görə, Anar evli olub və qonşu gəlini Aygün ilə əlaqələri olub. (red- Gəlinin qayınatası da bu məsləni təsdiq edir). Aygün iddia edib ki, Anar həyətdə olarkən ona təcavüz etmək istəyib və sürüyərək evin arxasına aparıb. Bundan sonra Aygün hadisəni ailəsinə danışıb. Səs-küyə yığılan qohumlar və Aygünün anası, qardaşı qonuşuluqda olan Anarın evinə basqına gediblər.

Anarın anası oğlunu döyənlər arasında Aygünün əri Zaur və qayınatası Rizvanın olduğunu da iddia edib.  Hadisə şahidləri bir-bir Amil Xəlilə müsahibə verib və baş verənlərə aydınlıq gətirib. Hətta Aygünün anası Anarı vurduğunu ilk dəfə olaraq etiraf edib…

İddialara görə, anarın özünü asmasının başlıca səbəbi qorxudulması olub. Hətta teleaparıcı sətiraltı mesajlarda göndərməyi unutmayıb:“Kənddə olarkən hər kəs Anarın qorxudulduğunu və bu səbbədən özünü asdığını deyirdi. Təsəvvür edirəm. Anar təhsilsiz olub. Yazmaq qabiliyyəti belə olmayıb. Savadsız biri olduğu üçün onu qorxutmaq asan bir işdir”.

Verilişi sizə tam olaraq təqdim edirik…

Qeyd edək ki, sosial-kriminal layihə həftə içi hər gün Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır..

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin