Qarabağı qaytarmağa hazır olan namizəd SAXTA ÇIXDI – Sarkisyandan növbəti BİABIRÇILIQ

0
268

Bu gün Ermənistan parlamenti Ermənistanın 4-cü prezidentinin seçilməsi ilə bağlı müzakirələr başlayıb. Beləliklə, Ermənistanda prezident seçkiləri start götürüb.

RealMedia.az“Lragir” nəşrinə istinadən xəbər verir ki, parlament sədri Ara Babloyan hakim Respublika Partiyası və “Daşnaksütyun” Partiyasının parlament fraksiyalarının 65 deputatının yazılı ərizə ilə prezident vəzifəsinə Armen Sarkisyanın namizədliyini irəli sürdüyünü bildirib.

Hakim partiyanın parlament fransiyasının təmsilçisi Vaqram Baqdasaryan Armen Sarkisyanın prezident postuna namizədliyini təqdim edib.

Müzakirələr zamanı müxalif “Yelk” (“Çıxış”) parlament fraksiyasının təmsilçisi Nikol Paşinyan Armen Sarkisyanın Böyük Britaniya vətəndaşlığı məsələsini gündəmə gətirib.

“Ermənistanın 4-cü prezidenti postuna namizəd Armen Sarkisyanın 2014-cü ilə qədər Böyük Britaniya vətəndaşı olması barədə mətbuatdakı çoxsaylı xəbərlərə diqqəti yönəltmək istəyirəm. Armen Sarkisyan daha əvvəl bu mövzu ilə bağlı şifahi çıxış edib. Amma bizdə onun məhz nə vaxt Böyük Britaniyanın vətəndaşlığından imtina etdiyi barədə rəsmi sənəd varmı? Hazırda əlimin altında sənəd yoxdur ki, Armen Sarkisyan Ermənistan Respublikasının vətəndaşıdır və son 7 ildir respublikada daimi yaşayır”, – Nikol Paşinyan Vaqram Baqdasaryana müraciət edib.

Vaqram Baqdasaryan cavabında qeyd edib ki, Armen Sarkisyanın dediyi hər şey uyğun olan sənədlərlə əsaslandırılıb:

“Mən katiblikdən sizi maraqlandıran bütün sənədləri sizə verməyi xahiş edəcəyəm. Armen Sarkisyanın Ermənistanda daimi yaşamasına gəlincə, o, bu dövrdə Birləşmiş Krallıqda Ermənistanın səfiri idi, diplomatik işi yerinə yetirirdi. O, bu vaxt ərzində Ermənistan Respublikasının vətəndaşı hesab edilirdi”.

Daha sonra isə Armen Sarkisyan çıxış edib.

Qeyd edək ki, daha əvvəl Armen Sarkisyanın özü daha əvvəl bildirib ki, 2011-ci ildə Britaniya vətəndaşlığından imtina edib.

2015-ci ildə qəbul olunmuş yeni Ermənistan konstitusiyasına əsasən, prezident birbaşa ümumxalq səsvermə nəticəsində deyil, parlament tərəfindən seçilir. Tələbə görə, prezidentliyə namizəd son 6 ilini Ermənistanda yaşamalıdır. Yeni prezident 7 il müddətinə seçiləcək.

Parlamentdə çoxluq təşkil edən hakim partiyanın namizədi kimi Armen Sarkisyanın qələbə imkanı çox böyükdür. Hərçənd o, yeganə namizəddir. Doqquz nəfərdən ibarət müxalif “Yelk” fraksiyası öz namizədini irəli sürmək üçün parlament üzvlərinin yetərli sayda imzalarını toplaya bilməyib.

Eyni zamanda qələbə üçün namizədin lehinə 105 nəfərdən ibarət parlamentin ən azı 79 üzvü səs verməlidir. Lakin hakim fraksiya onu dəstəkləyən “Daşnaksütyun” ilə birlikdə 65 səs malikdir. Armen Sarkisyanın qələbəsi üçün daha 14 səs lazımdır. Bu dəstəyi parlamentdə sayca ikinci “Tsarukyan” fraksiyası təmin edə bilər.

Prezident seçkiləri martın 2-də keçiriləcək.

Sarkisyan 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri postunu tutub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir.

Armen Sarkisyan haqqında birmənalı informasiya yoxdur. Xüsusilə onun beynəlxalq əlaqələrə malik sirli adam olduğu deyilir. Diqqət çəkən digər məqam isə onun Dağlıq Qarabağ münaqişəsinin ərazilərin azad olunması variantı ilə həllini istəyən keçmiş prezident Levon Ter-Petrosyanın dövründə başı nazir postunu daşımasıdır. Ter-Petrosyan da A.Sarkisyanı beynəlxalq əlaqələrinə görə bu postda təyin etmişdi. Lakin Ermənistan mediası A.Sarkisyanın da Ter-Petrosyan kimi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın mövqeyinə uyğun həllini dəstəkləməsindən və prezidentliyi dövründə buna çalışmasından narahatdır.

Ömər Dağlı

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin