“Qarabağ” Türkiyədə ödül aldı, Gözəl gözəl çıxış etdi -VİDEO

0
213

Bu gün Türkiyədə “Milliyet” qəzetinin təşkil etdiyi “64-cü idman mükafatları”nın təqdimat mərasimi keçirilib. Mərasimdə “Qarabağ” futbol klubu da mükafatlandırılıb. 

RealMedia.az-ın TV8 telekanalına istinadən verdiyi xəbərə görə, “Qarabağ”a verilən mükafatı almaq üçün səhnəyə çıxan klub prezidenti Tahir Gözəl onun üçün doğma olan auditoriyada Azərbaycan dialektində çıxış edib, sonda isə “bura əliboş gəlməmişəm” deyərək böyük Azərbaycan şairi Nəsiminin qəzəlindən bir parça söyləyib:

“Məndə sığar iki cahan, mən cahana sığmazam.

Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam”.

Tahir Gözələ mükafatı dünya şöhrətli futbol mütəxəssisi Mirça Luçesku təqdim edib.

Onu da qeyd edək ki, “Milliyet”in versiyasına görə, “İlin idmançısı” digər azərbaycanlı, sprinter Ramil Quliyev seçilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin