Qadınların nəzərinə – məhz bu vaxt yemək məsləhət deyil

0
561

Qadınların kişilərə nisbətən daha tez kökəldiyini bilirik.

Xanımlar baş bəlası olan piylənmədən yaxa qurtarmaq istəyirsə, bu yazını mütləq oxumalıdır.

Danimarkadan olan bir qrup alim və dietoloq qadınların işlədikləri vaxt kökəldiklərini iddia edib. Mütəxəssislər hesab edir ki, hər bir qadın iş zamanı kişilərdən daha çox yüksək kalorili qidalar qəbul edir. Məsələn, araşdırmalara görə hər bir qadın həftədə 2 min 240 əlavə kalori qida dəyəri olan məhsul qəbul edir ki, bu da bir ildə 100 min 800 kalori deməkdir. Nəzərə alsaq ki, hər 8 min kalori bir kq piy qatına bərabərdir, onda baş verənləri göz önünə gətirmək çətin deyil. Xanımların sevimli qidaları arasında isə cipsi və peçenyelər əsas yer tutur. Alimlər əsas kalori qəbul edilən saatları da müəyyənləşdiriblər. Sən demə zərif cinsin nümayəndələri 10:30 – 15:30 aralığında daha iştahlı olurlar.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin