Polşa hökuməti ölkədə ABŞ hərbi qüvvələrinin sayını artırmağı planlaşdırıb

0
72

Polşa hökuməti ölkədə ABŞ silahlı qüvvələrinin sayının ilin sonunadək artırılmasını planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak açıqlama verib.

Avropanın digər ölkələrində yeni bazaların açılmasına soyuq baxan ABŞ Prezidenti Donald Tramp Polşanın təklifini yaxşı qarşılayıb.

Rəsmi Varşava yeni hərbi qüvvələrin cəlbinə və yeni bazaların yaradılmasına 2 milyard dollar ayırmağı düşünür. ABŞ tərəfi isə hələ tam qərar açıqlamayıb. Lakin ehtimal var ki, Polşada yerləşdiriləcək baza nəzərdə tutulduğundan daha kiçik olacaq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin