POLKOVNİK QIZ İSTƏYƏN GƏNCİ QANINA QƏLTAN ETDİ – Kapitanla birgə (FOTO)

0
280

Cəlilabad rayon sakini, 21 yaşlı Yusif Quliyev vəhşicəsinə döyülüb.Yusif Quliyevi döyənlərin Cəlilabad rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Nəsimi Bağırov və Cəlilabad Fövqəladə Halların Yanğından Mühafizə İdarəsinin rəisi, polkovnik-leytenant Şahin Cəfərov olduğu iddia olunur.

Qan içində olan fotolarını Y.Quliyevin yaxın qohumu Dəyanət Babayev sosial şəbəkədə paylaşıb.

Yusif Quliyevin döyülməsinə səbəb isə polis kapitanının qardaşı qızını sevməsi olub.

Polis kapitanı Nəsimi Bağırov və qohmu FHN polkovnik-leytenantı Şahin Cəfərov Y.Quliyevi qanına qəltan edərək “sən kimsən ki, bizim qardaşımızın qızını sevir, ona elçi göndərirsən?” deyə xəstəxanalıq ediblər.

Hadisə ilə bağlı DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis leytenantı Məhəmməd Rzayev Unikal.org-a bildirib ki, deyilənlər həqiqəti əks etdirmir:

“Həmin münaqişədə adıçəkilən polis əməkdaşı deyil, onun qardaşı Əfqan Bağırov olub. Məsələ ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır. Aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin