Polislər qaçırılan qızı belə xilas etdi…

0
16

Xəzər TV Saatlı rayonundan Bakıya qız qaçıran şəxsin yol polisləri tərəfindən tutulduğunu əks etdirən görüntüləri yayıb.

RealMedia.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl Binəqədi rayonunda baş verib.

Saatlı rayon Soltankənd sakini Oqtay Nağıyev ”102” xidmətinə məlumat verib ki, 18 yaşlı qızını naməlum şəxslər qaçırıb.

Məlumat əsasında polis ”Təhlükəsiz şəhər” kameraları vasitəsi ilə qızın qaçırıldığı avtomobilin istiqamətini müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdaretmə Xidmətindən Baş Dövlət Yol Polisi İdarəsinin ”Ekologiya” postuna məlumat verilib ki, üzü şəhər istiqamətində hərəkət edən ”Hunday” markalı 90 MD 049 dövlət nömrə nişanlı avtomobil saxlanılsın.

Yol polisi əməkdaşları məlumat əsasında yoldakı avtomobilləri nəzarətə götürüb və çox çəkməyib ki, həmin nəqliyyat vasitəsini aşkar ediblər.

Yol polisləri hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarını əraziyə çağırıblar. Əməliyyatçılar hadisə yerinə gəldikdən sonra sürücü təslim olub.

Polis idarəsində araşdırma aparılarkən müəyyən edilib ki, Saatlı rayon Mircəlal kənd sakini Ruhid İslamov evlənmək məqsədilə qızın razılığı olmadan zorla qaçırıb rayondan paytaxta gətirirmiş. Polisdən verilən məlumata görə, qız xilas edilərək ailəsində təhvil verilib.

Faktla bağlı R.İslamov barəsində ”adam oğurluğu” maddəsi ilə cinayət işi başlanıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin