Özəl sektorda “posterminal işləmir” iddialarının arxasındakı qara niyyət

0
71

Vergilər Nazirliyindən açıqlama: “Vergi ödəyicisi posterminalların iş günü müddətində fasiləsiz olaraq işlək vəziyyətdə olmasını təmin etməlidir”

Son vaxtlar Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində bir sıra addımlar atılır. Bu addımların bir qismi stimullaşdırıcı xarakter daşıyırsa, digər qismi də inzibati metodları ehtiva edir. Hələlik bu addımların effektiv nəticələndiyini söyləmək mümkün deyil. Belə ki, bu günlərdə “Moody’s” beynəlxalq reytinq agentliyinin yaydığı hesabata görə, hazırda Azərbaycanda plastik kartların dövriyyəsi əhalinin gəlirinin təxminən 6 faizini təşkil edir ki, bu göstərici üzrə ölkəmiz yalnız Tacikistanı qabaqlayır.

Plastik kartlardan istifadə səviyyəsinin aşağı olmasını əksər ekspertlər bunun üçün zəruri infrastrukturun olmaması ilə əsaslandırırlar. Belə ki, kartları olan insanlar belə müxtəlif xidmətlərin, aldıqları məhsulların dəyərini kartla ödəmək istədikdə böyük çətinliklərlə üzləşirlər. Rayonlarda bu çətinliyin kökündə ödəniş etmək üçün lazım olan posterminalların olmaması dayanırsa, Bakıda problem mövcud posterminalların əksər hallarda işləməməsidir. Son vaxtlar posterminalların işləməməsi faktlarının sayı getdikcə artır. Xüsusilə də axşam saat 18.00-dan sonra ən böyük xidmət müəssisələrində belə kart vasitəsilə ödəniş problemə çevrilir. Xidmət personalının gətirdiyi əsas arqument posterminalın işləməməsi, yaxud sistemdə hansısa problemin yaranmasıdır.

Vergilər Nazirliyi ile ilgili görsel sonucu

Bütün ölkə üzrə müşahidə edilən bu halı Milli Məclis üzvləri də qeyd edirlər. Belə ki, dövlət büdcəsinin ötənilki icrası müzakirə olunarkən Milli Məclisin spikeri Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov  posterminalların işləməməsindən şikayətlənib. Spiker vergilər naziri Mikayıl Cabbarova müraciət edərək deyib ki, posterminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır: “Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, posterminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, posterminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.

Onu da qeyd edək ki, Azərbaycanda posterminalların quraşdırılmasına 2000-ci illərdən başlanıb. 2016-2017-ci illərdə ölkədə posterminalların sayı kəskin azalıb. Belə ki, 2016-cı ilin sonuna 73 mindən yuxarı olan posterminalların sayı 2017-ci il ərzində 6 335ədəd azalaraq 2018-ci il yanvarın 1-nə 65 471 ədədə enib. Bunun da 37 068-i və ya 56,6 faizi paytaxt, 28 403-ü və ya 43,4 faizi regionlarda yerləşdirilib.

Müxtəlif müəssisələrdə posterminalların işləməməsi ilə bağlı “Yeni Müsavat”ın sorğusuna Vergilər Nazirliyindən verilən məlumata görə, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq posterminalların quraşdırılmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilib: “Ticarət, məişət və digər xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün təsərrüfat subyektlərində posterminalların quraşdırılması, qeydiyyatı, istifadəsi və tətbiqi ilə bağlı digər münasibətlər Nazirlər Kabinetinin 4 oktyabr 2012-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasının ərazisində posterminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” ilə tənzimlənir.  Qaydalara görə, posterminal kart sahibinin rahat görə biləcəyi yerdə yerləşdirməlidir. Əməliyyatçı (təsərrüfat subyektinin posterminaldan istifadə etməyə səlahiyyəti olan əməkdaşı) təsərrüfat obyektinin işlədiyi müddətdə (məsələn, saat 9.00-18.00) kart istifadəçisi olan müştərilərə xidmət göstərməyə borcludur və kartlar vasitəsilə ödənişin qəbul edilməsi zamanı özündə aşağıdakı məcburi rekvizitləri əks etdirən qəbzin verilməsini təmin etməlidir. Sualınıza cavab olaraq bildiririk ki, sifarişçi, yəni posterminal quraşdırılan obyektin sahibi olan vergi ödəyicisi posterminalların iş günü müddətində fasiləsiz olaraq işlək vəziyyətdə olmasını təmin etməlidir”.

Vergilər Nazirliyinin uçot məlumatlarına görə hazırda ölkə üzrə quraşdırlmış posterminalların ümumi sayı 67 mindən çoxdur: “Məlumat üçün nəzərinizə çatdırırq ki, posterminalların tətbiqinə, istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunmasına, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində qaydalara riayət olunmasına nəzarət İqtisadiyyat Nazirliyinin vəzifələrinə aid edilib və bu baxımdan istehlakçılar hüquqlarının pozulması halları ilə bağlı aidiyyatı üzrə müraciət edə bilərlər”.

Qeyd edək ki, qanunvericilikdə posterminalların quraşdırılmamasına görə məsuliyyət nəzərdə tutulsa da, onların işlək vəziyyətdə olmamasına görə hər hansı məsuliyyət yoxdur. Buna görə də ticarət, iaşə və digər xidmət obyektləri posterminalların işlək vəziyyətdə saxlanması məsələsinə laqeyd yanaşırlar. Bir çox hallarda isə posterminalın işlək vəziyyətdə olmamasına çalışırlar – dövriyyəni uçotdan yayındırmaq üçün.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin