Övladı haqda prokurorun məktubu atanı özündən çıxardı: “Gözünüzü pul, korrupsiya tutub”

0
113
“Rüşvət bunların gözün necə tutub ki, cəzaçəkmə müəssisəsində cəza çəkən adamı cinayətdə suçlayır. Ay kişi, oğlum 2016-cı ildən həbsxanadadır. Sizin gözünüzü pul tutub, korrupsiya tutub”. Bu sözləri rayon prokurorundan aldığı məktuba qəzəblənən Cəlilabad şəhər sakini Saməddin Məmmədov Criminal.az saytına açıqlamasında deyib.
Amid Məmmədov
Onun sözlərinə görə, Cəlilabad rayon prokuroru Tariyel Ələkbərov onun iki oğlunu da şərləyərək tutdurmaq istəyir. Hətta planı həyata keçirmək istəyərkən öz çirkin əməlinin üstünü açıb.
Saməddin Məmmədov
S.Məmmədov bildirdi ki, oğlu Amid Məmmədov 2016-cı il də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib: “Həmin gündən həbsxanadadır, azadlığa buraxılmasına cəmi 6 ay qalıb. Digər oğlu Nahid Məmmədov isə hərbi xidməti başa vurandan sonra Türkiyəyə gedib. Bir neçə gün əvvəl Azərbaycana qayıdanda sərhəddə saxlanılıb. Ona bildirilib ki, Cəlilabad rayonunda baş vermiş oğurluğa görə axtarışa verilib. Araşdırıblar ki, oğurluq zamanı Nahid Türkiyədə olub. Baş prokuror və prezidentə müraciət etdim ki, ailə üzvlərim oğurluqda ittiham olunur. Rayonda nə oğurluq olsa ya mən, ya da oğlanlarım günahlandırılır. Tariyel Ələkbərov mənə yazıb ki, oğlum Amid oğurluq edib. Prokuror tərəfindən göndərilən məkubda deyilir ki, 23 noyabr 2017-ci ildə naməlum şəxslər Mübariz Məmmədova məxsus mağazanın qapısını sındıraraq 5179 manat dəyərində avomobil ehtiyyat hissələri və 400 manat pul oğurlanıb. Axı 2016-ci ildə özüm Amidi aparmışam Nəsimi rayon məhkəməsinə. Hakim Babək Pənahovla razılaşmamışıq, o da Amidi tutub. İndi isə Nahid barədə cinayət təqibinə xitam verilib, amma Amidlə bağlı iş gedir. Amid isə neçə ildir həbsxanada cəza çəkir”.
Məsələ ilə bağlı Cəlilabad rayon prokuroru Tariyel Ələkbərovun qəbul otağından Criminal.az-a bildirilib ki, məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayaq. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Criminal.az-a bildirdi ki, hadisə ilə əlaqədar rayon prokurorluğu və polis şöbəsindən məlumat almaq lazımdır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin