Oqtay Şirəliyevin “skoru” sürücüsü, yoxsa DTX-nin AGENTİ?

0
1512

Sirr deyil ki, son günlər ölkəni silkələyəcək keçmiş MTN generalı Eldar Mahmudovun “reket jurnalistikası” nın kənarda qalan “xəfiyyəsi” Mirəziz Əzizovun hələ də hansısa səbəblər(əslində bu səbəblər bizə bəllidir) üzündən həbsdən kənarda qalması, hələ də DTX-nin AGENTİ olması ilə bağlı əsaslı arqumentlərlə zəngin yazı dərc etmişdik. Əslində həmin yazı necə deyərlə, bir çox şəxslərin kürkünə birə saldı. Ələlxüsusda, Mirəziz Əzizovun. Yazdığımız yazı onun oturduğu qucağı elə silkələdi ki, hər şey bir anda haylı-külyü, səs-küyə səbəb oldu. Çünki biz yazdıqlarımız həqiqət idi. Yalan nəsə yox idi.

Biz həmin yazımızda qeyd etmişdik ki, keçmiş MTN başçısının “reket jurnalistika”sının digər qolu da var ki, burada peşəkar jurnalistlər yox, seçilmiş sıravi şəxslər təşkil edirdi. Həmin şəxslərə saxta jurnalist vəsiqələri verilmişdi və zəngin iş adamları barədə lazım olan məlumatları toplamaq tapşırığı almışdılar. Onlar Mahmudovun təyin etdirdiyi məvacib qarşılığında “xəfiyyə missiyası”nı yerinə yetirirdilər.Elələrinin arasında sonradan sayt baş redaktoru olmuş təcili yardım maşınının sürücüsü Mirəziz Əzizov da vardı…

Hər kəs və media cameəsi daha yaxşı bilir ki, DTX əməkdaşları tərəfindən həbs olunan “reket jurnalistlər” istintaqa cəlb olundular və onların barəsində müxtəlif ittihamlar irəli sürülərək istintaq hərəkətləri aparılaraq toplanmış iş materialları məhkəməyə göndərildi. Hazırda şantajçı jurnalistlərin məhkəmə prosesi davam edir. Maraqlıdır ki, bu cinayətkar şəbəkənin şantajçı üzvü olan Mirəziz Əzizov barəsində niyə tədbir görülmədi, niyə o cinayət məsuliyyətinə cəlb edilmədi? Əcaba nə məsələdir…? İndi özün öz qeyrətinə de, DTX-nin “adamı” mənəm yoxsa sən? Onların adından sən istifadə edirsən yoxsa, mən?

Əvvəlcə oxuculara məlumat verim ki, mənim barəmdə qələmə alınan cızma qara heç də həqiqəti əks etdirmir. Əslində bu zat qələmə aldığı(əslində aldırdığı) yazısı ilə də özü özünü ifşa edib. Təcili yardım sürücüsü olan M.Əzizov yazısını da təcili təxirəsalmaz yazdırıb. Bu zat cızmaqara elətdirdiyi yazısında məni cəmiyyətə “DTX-nın mətbu təmsilçisi” kimi təqdim edir. Çox əla! Əslində belə bir şey olsaydı buna sevinərdim, niyə də olmasın axı? Ən azından buna layiqəm. Kaş ki, çox hörmətli Mədət Quliyev məni bu posta rəva bilə. Ay bədbəxt, sonra da qeyd edirsən ki, güya mən keçmiş MTN-nin zamanında da onlarla əlaqəli olmuşam. Əgər belə olsaydı ona da sevinərdim ki, ən azından dövlətimə, dövlətçiliyimin təminatı üçün, onu sizin kimi  “kəlpeysərlərdən” qorumuş olardım. Təssüflər olsun ki, bu da yalandı…

Görürəm ki, sonuncu “Keçmiş MTN başçısının “reket jurnalistika”sının kənarda qalan üzvünün siyasi orentasiyasıda dövlətə təhlükə kəsb edir” başlıqlı yazının istotu çox olub. Hər halda, səndən fərqli olaraq indiyə qədər nə mən, nədə ki, rəhbərlik etdiyim saytlarda dövlətə, dövlətçiliyə, milli maraqlara, hakimiyyətə və prezidentə qarşı toxanacağlı yazılarım olmayıb. Bütün fəaliyyətim araşdırıla bilər.

Digər tərəfdən də qeyd edirsən ki, guya mənə həmin yazını DTX-dan sifariş ediblər. Bəs onda sifarişçinin kimliyi barədə niyə yazmamısan? Hələ bir şərəfsizcəsinə yazırsanda ki, Faiq adlı bir vasitəçinin bu məsələdə rolu olub. Mən isə öz növbəmdə deyirəm ki, yalançının ataba-atasına lənət.. min lənət! Heç olmasa sifariş verib yazı yazdıranda da qeyyrətini fikirləş yazdır. Ən azından onu fikirləş ki, mən bu yazını oxuyanda sənin ünvanına “XOŞ” sözlər deyəcəm. Arxanı qoyduğun “isti qucaq” da yaxşı bilir ki, mənim sənin barəndə yazdıqlarım dəqiqdir. Sadəcə olaraq onlarda susublar, istifadə müddətin başa çatdıqdan sonra lazımsız bir “triyapqa”ya dönüb atılacaqsan.

Digər tərəfdən onlar hası idarə, müəsisə rəhbərləridirlər ki, mən onları şataj etmişəm? Niyə onlar indiyə qədər harasa şikayət etməyiblər? Heç olmasa birinin adını çək bizdə bilək…Mən sırf jurnalistika peşəsi ilə məşğul olmuşam və oluram da. Ancaq sənin kimi şantajla, hədəylə məşğul olmamışam. Hüquq mühafizə orqanlarına da elə sənin kim(i)ləri (sukalar) sərf edir. Çünki sənin arxan daha yaxşıdır qucaqları tutur. Məni tanıyan və hörmət edən də jurnalist kimi hörmətlə yanaşır. Çünki mən sənin kimi “qucaq quşu” deyiləm ki, qucaqları isidəm.

Bu azmış kimi yazırsan ki, Tofiq Sadıqovun səndən şikayət eləməsi əsassız olub. Əgər əsaslı olsaydı DTX-i  kimi mötəbər bir qrum əlbəttə səni həbs edərdi. İndu burda şübhəli kimdir? Belə çıxır ki, T. Sadıqov istintaqa yalan ifadə verib? Elədirsə, bəs onda T. Sadıova yalan ifadə verməsinə görə niyə cinayət işi açılmayıb? Bu qədər yalan, böhtan danışdığın bəs deyilmi? Heç olmasa azda olsa kişiliyinə hörmət elə. Birdə ki, unutma oturduğun qucaq da ŞƏRƏFLİ qucaqdır!!!

Sonra da məni ittiham edirsən ki, mən reket jurnalistəm. Yaxşı, əgər eləydimsə onda indiyə qədər niyə bu haqda bir cümlədə yazmamısan. Nəyi gözləyirdin? Səndən yazmağımımı? Yazırsan ki, DTX-nin hansısa əməkdaşını işdən qovdurmuşam. O hansı əməkdaşıdır elə?

Untuma ki, yazdıqların keçərsizdir. İt hürər, kərvan keçər misalının qulağında sırqa elə.

Bir də unutma ki, biz əsaslı faktlarla çıxışlar edirik. Cəfəngiyatlarla yox!!! Bayquş başını soxub kola quyruğu qalıb çöldə elə bilir ki, heç kim görmür.

Hər halda daha geniş yazılarımız olacaq. Eləcə də DTX-nin rəisi çox hörmətli general Mədət Quliyevə də müraciət edəcəyik şəxsən sənin istintaqdan necə yayınmağın barəsndə yenidən incələmə aparılsın.

Ramin Məhəmmədoğlu

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin