Onun adından istifadə edir… – Tahir Həsənovun özünümüdafiə taktikası

0
127
Özünü müəyyən qurumlar və cəmiyyət arasında “peşəkar jurnalsit”, eləcə də  “RealNews.az” saytının təsisçisi və direktoru kimi təqdim edən, əslində isə jurnalistikadan zərrə qədər anlayışı olmayan, hələ indiyə qədər jurnalistika sahəsində hansısa yazısına təsadüf etmədiyimiz, yalnız “mini ətək” geyinərək jurnalistikanı modalaşdıran Mənzərə Məmmədova adlı birinin hansı bacarıq qabiliyyətinə və digər “müstəsna” xidmətlərinə görə Beyləqan rayon İH-nın mətbu orqanı sayılan “Beyləqan” qəzetinin baş redaktoru vəzifəsinə gətirilməsi Beyləqan ictimaiyyətini heç cür təcübləndirməyə bilməzdi.Hər kəsi haqlı olaraq belə bir sual düşündürürdü.Yazı -pozunu bacarmayan birinə icra hakimiyyətinin mətbu orqanını necə həvalə edilib.
Düzdür, Mənzərə Məmmədovanın yazı pozu ilə arası yoxdur. Lakin onun bir neçə müsbət keyfiyyətləri özündə birləşdirən xüsusiyyətləri var. Məsələn o, bacarıqlı, işgüzar, insanlarla tez bir zamanda ünsiyyət qurmağı bacaran, hər kəsi özünə doğma bilən, fərdlər arasında ayrı seçkilik qoymayan, bacardığı və öhdəsindən gələ biləcək işlə bağlı köməkliyi heç kimdən əsirgəməyən qayğı keş bir xanımdır. Onun müsbət keyfiyyətlərindən biri də özünəməxsus geyim tərzi ilə seçilməsidir.
Hər halda dəyərli oxucularımız xatırlamamış deyilər ki, bir müddət əvvəl “RealMedia.az” saytında “Asif Ağayevin mini yubkalı və temperamentli baş redaktoru” sərlövhəli tənqidi yazı da məhz elə onun bu cür qayğısını özündə ehtiva edən yazıya məxüsusi olaraq yer ayrılmışdır. Məhz elə bu cür sərlövhənin başlığa çıxarılması da özəl olaraq onun qayğıkeşliyinin təcəssümü idi. Nə yazıq ki, hər kəsin gözündə cazibəli görsənən, cəmiyyətdə özünə “qayğıkeş qadın” obrazı yaradan Mənzərə Məmmədova barəsində “temperamentli baş redaktor” yazdığımıza görə saytımızı məhkəməyə verib.
Amma gərək kişi olanı da deyə ki, icra başçısı Asif Ağayev Mənzərə Məmmədovanı icra hakimiyyətinin mətbu orqanı olan “Beyləqan” qəzetinin baş redaktoru vəzifəsindən çıxardıb atıb. Yeri gəlmişkən onu da vurğulamaq lazımdır ki, Mənzərə xanımın “Beyləqan” qəzetinə redaktor təyin edilməsini icra başçısına məsləhət görüb, xahiş edən Beyləqan rayon Təhsil Şöbəsinin müdiri əvəzi Tahir Həsənov olmuşdur.
Bu günlər isə məlum olub ki, iki həftə öncə “Beyləqan” qəzetinin baş redaktoru vəzifəsindən qovulmuş Mənzərə Məmmədova saytımızı məhkəməyə verərək, saytımıza qarşı “Şərəf və ləyaqət” davası açıb. Səbəb olaraq barəsində gedən məqalədə onun “mini-yubkalı, temperamentli xanım baş redaktor” kimi təqdim olunmasını göstərib. Halbuki, hamıya gün kimi aydındır ki, əsl səbəb yazıda açıqlanan məqamların Mənzərə Məmmədovanın işdən çıxarılması ilə nəticələnməsidir.
Hərçənd, maraqlı və təəccüblü görünən digər məqam Mənzərə Məmmədovanın niyə onun temperamentliyinin altını cızan məqalə dərc olunandan, hətta işdən çıxarılandan dərhal sonra deyil, məhz bu ərəfədə – himayədarı olmuş Tahir Həsənovu haqlı tənqid etdiyimiz məqalələrimizin dərc olunduğu günlərdə məhkəməyə müraciət etməsidir. Söhbət Beyləqan Rayon Təhsil Şöbəsinin müdir əvəzi Tahir Həsənovdan gedir. O Tahir Həsənovdan ki, əvvəllər Füzuli rayon 55 saylı orta məktəbdə direktor işləmiş, sonradan Beyləqanın sabiq icra hakimi İrşad Əliyevin dəstəyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon komitəsinə sədr gətirilib. O Tahir Həsənovdan ki, “ayağının altını qazdığı” Beyləqan RTŞ-nin sabiq müdiri Tofiq Sadıqovu “vurmaq” və onun yerinə keçmək planı İrşad müəllimin özünün Beyləqandan Kürdəmirə rəhbər vəzifəyə qəfil gedişi ilə təxirə düşmüşdü. O Tahir Həsənovdan ki, RTŞ-nin müdiri postuna yiyələnmək bazarlığında Xuraman Rüstəmovanı qabaqlamaq niyyətini gerçəkləşdirməyə sabiq icra başçısının əndazəni aşan tələbləri mane olmuşdu. Ən nəhayət, o Tahir Həsənovdan ki, kişilərin himayədarlığından gözlədiyi həcmdə bəhrələnı bilmədiyindən, perspektivi güclü qadının ətəyindən yapışmaqda görmüş, xanım deputat Bahar Muradovadan siyasi dəstək alaraq hazırki icra başçısı Asif Ağayevin yaxın adamına çevrilə bilmişdir.
RealMedia.az olaraq səhih məlumatlara və dəqiq müşahidələrə əsaslanıb deyə bilərik ki, əvvəlki məqalələrimizdə təfərrüatları ilə açıqlanan bu və digər məqamlar, xüsusən də sonuncu – Bahar Muradova ilə əlaqələrindən imtiyaz kimi istifadə etməsinin üzə çıxması və hətta eşitdiyimizə görə Bahar xanımın bu məsələdən narahat olması Tahir Həsənovu necə deyərlər, “cin atına mindirmiş”, bizdən qisas almaq üçün özünün əlində yetərli hüquqi əsaslar olmadığı üçün Mənzərə Məmmədovanı qabağa vermişdir. Di gəl, bu hesablamasında da yanılmışdır: Jurnalistin kiminsə yubkasının ətəyinin ölçüsünə, xasiyyət tipinə diqqət yetirməsi məhkəmə predmeti ola bilməz. Əksinə, belə şikayətin məhkəmə tərəfindən icraata götürülməsi absurd sayılmalıdır.
Sözün düzü, başı özünə qarışmazdan əvvəl Tahir Həsənov Mənzərə Məmmədovanı qovulduğu vəzifəyə bərpa edilməsi üçün çox çabalar göstərmiş, hətta “ətəyi qısa” məqaləmizi internet resurslarından sildirmək üçün rayon ictimaiyyəti arasından qaragüruhçu həmfikirlər də toplamışdır. Lakin, nə xahiş-minnətlərin, nə də mini yubka təəssübkeşlərinin saytımıza təzyiqinin işə yaramadığını görüb indi də məhkəmə ilə bizi qorxutmağa qalxmışdır.
Biz əlbəttə ki, Azərbaycan məhkəməsinin ədalətinə inanırıq və bu məsələdə özümüz üçün təhlükə görmürük. Məhkəmə çəkişmələrində də kifayət qədər təcrübəmiz var. Mənzərə Məmmədovaya daha bir iradımız odur ki, qısaətək də olsa, jurnalistdir və bununla belə tənqidə dözümsüzlük nümayiş etdirir. Təsəvvür etdikcə gülməyimiz gəlir – Soyuq havalarda belə mini-yubka geyindiyi halda, yayın istisində “temperamentini” gizlətmək üçün məhkəməyə uzun ətəkli tumanla necə gələcək?!
Tahir Həsənovun növbəti məkrli addımlarını da təxmin etməklə qayğılıyıq. Axı ondan hər şey gözləmək olar. Bəllidir ki, kini tutanda heç qohum-qudalarına da qarşı amansızdır. Hərçənd, bu, ayrı söhbətin mövzusudur.
Bizi izləyin…
RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin