Nüşabə ilə Afət dalaşdı- “Siz kimsiz ki…”

0
76

Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmaqızı arasında gərgin anlar yaşanıb.

N. Ələsgərli Nəsiminin “Sığmazam” qəzəlinə mahnı oxuyan və tənqidlərə məriz qalan A. Fərmnaqızına iradını bildirib.

O, ifaçının düzgün yolda olmadığını söyləyib. Buna əsəbiləşən Afət əməkdar artistə sərt cavab verib: “Mən niyə dəyişim? Siz kimsiz ki, mənə bunu deyirsiz? Hamı mənə paxıllıq edir. Xalqın mənə iradı yoxdur. Girin, İnstaqram səhifəmə baxın. Gün ərzində iki min “follow” gəlir. Mən Nüşabə xanımı da keçmişəm. Xalq budur.

 Onda mən də deyirəm ki, qara paltar geyinməyin, xoşum gəlmir. Sizin də iradınız buna bənzəyir. Ayıbdır. Gedin işinizlə məşğul olun. Mənə qarşı əksəriyyət aqressivdir. Elnarə Abdullayeva məni dəstəkləyir, ondan başqa heç bir sənətçinin sözünə önəm vermirəm”.

Gözlənilməz reaksiya ilə qarşılaşan N. Ələsgərli isə mübahisəni çox uzatmaq istəməyib: “Kim necə oxuyur oxusun, istəyir dombalaq aşsın, nəyimə lazımır? Mən heç kimi artıq düşünmürəm, Dəyişməsin, belə də qalsın”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin