Nazirlik əməkdaşlarının qeyri-adekvat araşdırması: Vətəndaşların etiraz səbəbi…

0
147

Artıq bir neçə gündür ki, saytımızda ağacların qanunsuz şəkildə kəsilərək məhv edilməsi ilə bağlı yazılar dərc edilir.

Dünən əməkdaşımız Beyləqan rayonunda olan zaman, ağacların kütləvi şəkildə məhv edilməsinin şahidi olub. Həmin ağacların kimlər tərəfindən kəsilməsini araşdırarkən məlum olub ki, rayonda abadlıq-quruculuq işləri həyata keçirilir. Bu səbəbdən də İcra hakimiyyətinin səlahiyyətli nüçmayəndələri ağacları kəsdirir.  

RealMedia.az olaraq məsələyə aydınlıq gətirmək üçün rayonun İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, dəfələrlə cəhd etməyimizə baxmayaraq, İcra Hakimiyyətindən zənglərimizi cavablandıran bir şəxs tapılmadı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə, açıqlamasında məsələnin araşdırılacağını bildirib:

 

“Məsələ araşdırılacaq və qısa zamanda nəticələr haqda məlumat veriləcək”.

RealMedia.az-a rayon sakinlərinin daxil etdiyi məlumata görə, bu gün səhər saatlarından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional İdarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Araşdırmalar zamanı  ağacların İcra Hakimiyyəti tərəfindən kütləvi şəkildə kəsilməsi məlum olsa da,  sözügedən nümayəndəlik deyil, məhz sakinlər cərimələnib. Bu da sakinlərin etiraz və narazılığına səbəb olub.

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Məsələ ilə bağlı araşdırmalarımız davam edir…

Rəvan Qurbansoy

Gülnarə Eynullaqızı

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin