Moskvada Türkiyə və Rusiya prezidentləri arasında görüş başlayı

0
33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya rəsmi səfəri başlayıb

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, Moskvanın Vnukovo-II hava limanında onu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko, Dövlət protokol idarəsi müdirinin müavini Georgi Kuznetsov, Türkiyənin Rusiyadakı səfir Mehmet Samsar qarşılayıb.

Səfərdə Rəcəb Tayyib Ərdoğanı xariri işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, xəzinə və maliyə naziri Berat Albayrak, mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemir, ticarət naziri Ruhsar Pekcan, nəqliyyat və informasiya naziri Mehmet Cahit Turhan, Milli İstihbarat Təşkilatının sədri Hakan Fidan, Prezident Administrasiyasının Əlaqələndirmə üzrə sədri Fahrettin Altun, müdafiə sənayesi naziri İsmail Demir müşayiət edir.

Türkiyə və Rusiya prezidentləri arasında görüş başlayıb.

Liderlər ilk açıqlamalarla çıxış ediblər. Rusiya Prezidenti deyib ki, ikitərəfli ticarət dövriyyəsinin həcmi 35 milyard dollara çatıb: “Müqavilə bağlayacağımız çoxlu sayda məsələ var”.

“Ticarət dövriyyəsinin həcmi 35 milyard dollara çatsa da, bu istiqamətdə hədəfimiz 100 milyard dollardır. Suriyada terrora çox əhəmiyyətli addımlar atmışıq”, – Türkiyə Prezidenti vurğulayıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin