Məşhur özəl xəstəxana sabiq nazirin tabeçiliyinə keçdi

0
102
Bu gündən Gəncə Beynəlxalq Xəstəxanası rəsmən Fazil Məmmədovun tabeçiliyinə keçib. RealMedia.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli “facebook” profilində yazıb ki, artıq keçmiş vergilər nazirinə məxsus Sinerji Şirkətlər Qrupu xəstəxananın yeni sahibidir.
Ümumi arayış: Gəncə Beynəlxalq Xəstəxanası 9 Sentyabr 2015 tarixindən fəaliyyətə başlayıb. Beş mərtəbədən ibarət xəstəxananın ümumi sahəsi 11.887 m²-dir. Poliklinika şöbəsi 25 kabinetdən, stasionar şöbə ümumilikdə 56 çarpayıdan, bunlardan 32-i tək nəfərlik (bunlardan 4 junior suit, 2 suit), 9-u iki nəfərlik, 1 ədəd 5 nəfərlik xəstə və 1 çarpayılıq dializ otaqlarından ibarətdir.
İndiyə qədər xəstəxananın Fazil Məmmədova məxsusliğu barədə ehtimallar mövcud olsa, GBX-nın yalnız bu gün “Sinerji” keçməsi rəsmiləşdirilib. Belə bir ehtimal var, xəstəxana ona bu yaxınlarda əlindən alınan Minskdəki “Buta Butik” hotelinin və daha bir neçə obyektin əvəzində kompensasiya kimi verilib. Hələ də Gəncə Beynəlxalq Hospitalınd müalicə alan keşmiş nazirin səhhətində xeyli irəliləyiş var. O, uzun müddət Türkiyədəki “Amerikan Hastahanesi”ndə müalicə alıb, ötən ilin noyabrında Gəncə Beynəlxalq Hospitalına yatırılıb.
Xatırladaq ki, uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında qərarlaşan F.Məmmədovun böyük biznes imperiyası var. 17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş F.Məmmədov həmin dövrdə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaitin büdcədən yayındırılaraq ofşorlara yönləndirildiyi barədə xəbərlər var. Ümumilikdə isə sabiq nazirin 15 milyarda yaxın vəsaiti qamarladığı xəbərləri yayılıb və bu günə qədər təkzib olunmayıb.
Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda 5 il əvvəl salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinib. Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az olub. Bundan başqa məlum olub ki, 2010-cu ildə ölkə rəhbərliyinin iştirakı ilə açılışı baş tutan Gədəbəy rayonunun yeganə stadionunu Fazil Məmmədov 2015-ci ildə özününküləşdirlib. Sovet dövründə inşa olunan, 2010-cu ildə əsaslı təmir olunmuş stadion bir gecənin içində rayon sakinlərinin üzünə qapadılıb.
Fazil Məmmədov Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var. Hotel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır. Kiyevdəki “Vladimirski” bazarı sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Ukraynadakı təkər zavodunun 49 faizi, Xarkov siqaret zavodunun səhmlərinin 41 faizi sabiq nazirə məxsusdur. Sabiq nazirin Ukraynanın kurort şəhəri Truskovetsdə də olduqca lüks hoteli var. Həmin hotel “Mir” adlanır.
Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonları sabiq nazirin qeyri-rəsmi “qubernatorluğuna” daxil idi. Həmin dövrlərdə Gədəbəydəki istirahət mərkəzlərinin demək olar ki, hamısı F.Məmmədovun kurasiyasında idi. Rayonda Narzan adlanan istirahət zonasındakı istirahət mərkəzi, “Eldorado” hoteli və çoxsaylı obyektlər Fazil Məmmədova hər gün milyonlar qazandırırdı.
Şəmkirin girişindəki “Şəmkir səbəti” adlı hipermarketdən tutmuş, rayonun Sabirkənd kəndi ərazisindəki saysız-hesabsız istixanalara qədər gəlir gətirən hansı sahə varsa, ora sabiq nazirin olub. Keçmiş nazir “Şəmkir-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətini qardaşı Vaqif Məmmədovun adına rəsmiləşdirib. Zəyəm qəsəbəsində yerləşən, sovet dövründə “Bakı avtomobil ehtiyat hissələri” zavodunun filialı kimi fəaliyyət göstərən zavod da Fazil Məmmədovun olub.
Nazirə məxsus olduğu bildirilən daha bir obyekt – “Şəmkir Ət-süd” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin icraçı direktoru Fazil Məmmədovun qardaşı oğlu Tamerlan Məmmədovdur. Bundan başqa “Yalta Meşə Ailəvi İstirahət Mərkəzi” də Fazil Məmmədovun xeyir-duası ilə yaradılıb və eks-nazirin əmisi oğlu Kamal Məmmədovun adına rəsmiləşdirilərək işlədilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin