Məhəmməd Qələndərov “imzatoplama” kanpaniyasına başlayıb –Vəzifəsinə qayıtması üçün

0
377

Vəzifə o qədərmi hava və su kimi zəruri tələbatdır ki, uğrunda mübarizə aparanrkən qos-qoca dövlətlə kəllə-kəlləyə gəlməyə dəysin?

Beyləqan İcra Hakimiyyəti başçısının sabiq müavini Məhəmməd Qələndərovdan xəbər var. İlk olaraq oxucularımıza xatırladaq ki, M.Qələndərovun bir sıra qanunsuz əməlləri barədə “RealMedia.az” saytında və digər aparıcı KİV-də tənqidi məqalələr dərc edilmişdir. Həmin məqalələrdən sonra Qələndərov görəvdən alınmışdır.

Bu günlərdə isə, M.Qələndərov yenidən əvvəlki vəzifəsinə qayıtmaq üçün mübarizə aparır və o, bu məqsədinə nail olmaqdan ötrü təkcə özünün yaxın adamlarının vasitəsilə deyil, RİH-nin ərazi vahidləri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin dəstəyindən yararlanmağa çalışır.

Məlumatda qeyd olunur ki, Qələndərov icra nümayəndələrini və yerli özünüidarə qurumları rəhbərlərini bir-bir tapır, tərtib etdiyi məktuba onların vasitəsilə kənd camaatına imza atdırır. Prezident Administrasiyasına ünvanlı həmin məktubda guya müəlliflərin belə bir xahişi ehtiva olunur ki, M. Qələndərov bütün fəaliyyəti boyu dövlətlətçiliyimizə vicdanla xidmət edən namuslu zəhmətkeşdir, yəni, “aydan arı, sudan duru, ətəyində namaz qılınası” məsum, günahsız birisidir, bəs o, şərin-böhtanın, uğurlarını gözü-götürməyənlərin güdazına gedib, onu vəzifəsinə bərpa etmək lazımdır və s. və i.a”. Məlumatda həmçinin o da bildirilir ki, Qələndərovun əlində ərazi icra nümayəndələrinə və bələdiyyə sədrlərinə təsir göstərib istədiyini etmələrinə, imza toplamalarına vadar etmək üçün yetərincə kompromat material vardır. Çünki, üstünün açılacağı təqdirdə həmin vəzifəli şəxsləri naqolay vəziyyətə salacaq “köhnə məsələlər”in çoxuna qol qoymağa onları vaxtilə məhz Qələndərov özü təhrik edibmiş.

Aydın məsələdir ki, M.Qələndərov kreslo ilə vidalaşmağı həzm edə bilməsə də, bu yolla keçmiş vəzifəsinə bərpa oluna bilməyəcək. M.Qələndərovu Beyləqanın icra başçısı Asif Ağayev öz qətiyyəti, iradəsi ilə işdən çıxarsaydı, sabiq müavinin müqavimət göstərməsinin motivini, işə bərpa davası açmaq səbəbini hardasa başa düşmək olardı. Ancaq bir halda ki, bu göstəriş Administrasiyadan verilib, demək, M.Qələndərov bu dirənişçi mövqeyi ilə dövlətə qarşı çıxmağa cəsarət etmişdir. Yaxşı, bəs vəzifə o qədərmi hava və su kimi zəruri tələbatdır ki, uğrunda mübarizə aparanrkən qos-qoca dövlətlə kəllə-kəlləyə gəlməyə dəysin? Yox, əlbəttə! Deməli, səbəb o deyil.

Əldə etdiyimiz digər məlumata görə, M.Qələndərov düşdüyü cəncəldən təkcə işdən qovulmaqla yaxa qurtarmayacağını bilir. Ehtimal böyükdür ki, ona cinayət işi açsınlar. Çox ola bilsin ki, M.Qələndərov taleyini məhz bu ağır aqibətdən yayındırmaq üçün qabaqdangəlmişlik edir, təzyiq üsulu ilə özünə ətraf yaradır. Amma nahaq, çabaladıqca daha çox tora bürünəcək!..

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin