Lukaşenko: Rusiyaya ilə birləşməyə…

0
698
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə inteqrasiya ideyasına yenidən baxmağa hazır olduğunu bəyan edib.

RealMedia.az xəbər verir ki, Belarus lideri martın 5-də inteqrasiya strukturlarında iştirak və Avropa təşkilatları ilə əməkdaşlıq məsələləri üzrə toplantıda çıxış edib.

“Belarus ittifaqın qurulması ideyasına tamamilə sadiqdir. Bunu ilk növbədə bizim Rusiya Federasiyasındakı tərəfdarlarımız və əleydarlarımızın eşitməsini istəyirəm”, – deyə Belarus lideri söyləyib.

Lukaşenkonun sözlərinə görə, belə bir potensial ittifaqda başlıca prinsip bütün vətəndaşlar üçün bərabər şərtlərin təmin olunması və “suverenlik postulat”ıdır.

“Biz buna hazırıq. Birləşmə proseslərinin inkişaf etdirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün hökumətlər səviyyəsində  qruplar yaradılıb”, – deyə A.Lukaşenko qeyd edib.

Gülər Əli

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin