Lənkəranskinin “ştatlı” killeri “Axsaq Nazim” kim olub?- İstintaq materialları…(FOTO)

0
724
2016-cı il avqustun 18-də İstanbulda güllələnən avtoritet Rövşən Lənkəranski haqda moderator.az sizə yazını təqdim edir. Bu dəfə oxuculara Lənkərnanskinin ştatlı killerləri, İtaliyada milyon avroluq otelləri və oteldə güllələnməmişdən öncə hansı qanuni oğrularla görüşdüyü barədə məlumat verəcəyik.
Lənkəranskinin yaşadığı oteldə Tahir Can və özünün yaxın adamları sayılan azərbaycanlı Hacıbaba Talıbxanlı və Zaur İsayevdən əvvəl gürcü avtoritetlərlə görüşdüyü haqda xəbərlər də var. Həmin avtoritetlər “Çripa” ləğəbli Temuri Nemsisveridze, “Matveiç” ləğəbli Roin Uqlava və Data Çuradze olublar. Rövşən Lənkəranskinin bu şəxslərlə Moskva bazarlarındakı durumu müzakirə etdiyi ehtimal edilir.
Aparılan araşdırma nəticəsində kriminal avtoritetin sahibkarlıq fəaliyyətinin maraqlı tərəfləri üzə çıxıb. İtaliya polisi kriminal avtoritetin izinə irihəcimli satınalmalarla bağlı aparılan araşdırmalardan sonra düşüb. Nəğd pula bir ayın içində İtaliyanın Pozitano şəhərində “Le Sirenuse” adlı lüks hotel və “Covo dei Saraceni” adlı başqa bir hotel alınıb. Birinci otel 52 milyon avroya, ikincisi isə 49 milyon avroya satın alınıb. İtaliyanın hüquq-mühafizə orqanları Lənkəranskiyə çıxış əldə ediblər. Lakin kriminal avtoritet hotelləri öz adına rəsmiləşdirməyib.
“Covo dei Saraceni” hoteli çeçen “qanuni oğru”, 1975-ci il təvəllüdlü Həmzət Qastamirovun (Şeyx Həmzət) arvadının adına olub. “Le Sirenuse” otelini isə Lənkəranski öz qohumlarından birinin adına rəsmiləşdirib. Lənkəranskinin yaxın dostu olan “Axsaq Nazim”lə bağlı təfərrüatlar ortaya çıxıb. Bildirilir ki, Lənkəranskinin killer briqadasında əsas yeri N.Hümbətov və hazırda Moskvada həbsdə olan Rüfo Gəncinski (Ülfət Tağıyev) tutub.
“Axsaq Nazim” ləğəbli Nazim Hümbətovun istintaqın məlumatına görə Lənkəranskinin ştatlı killeri olub. Rusiyada Pokrov bazarı və digər topdansatış məntəqələrinə nəzarətlə bağlı klanlar arasındakı “müharibədə” R.Lənkəranski Axsaq Nazimin xidmətində istifadə edib. Hal-hazırda Nazim Hümbətov da həbsdədir. O, dörd nəfərin ölümündə günahlandırılır. N.Hümbətovun karyerasında yüksəliş R.Lənkəranskinin qruplaşmasına daxil olduqdan sonra başlayıb.
 
Rövşənin 2000-ci illərin əvvəlində Moska və ətraf şəhərlərdə topdansatış meyvə-tərəvəz bazarlarına nəzarət uğrunda amaznsız müharibə aparan Mirseymur Abdullayev adlı “qanuni oğru” tərəfindən “koronavat” olduğu bildirilir. Bu qətldən sonra Moskva uğurunda müharibəyə R.Lənkəranski başçılıq edib. Bundan başqa istintaq materiallarında R.Lənkəranskinin Azərbaycana yolladığı pullar öz təsdiqini tapıb.
RF-nin Federal Təhlükəsizlik Xidmətinin korrupsiya və cinayətkarlıqla mübarizə aparan idarəsinin polkovniki Y.V.İvanov başqa bir arayışda göstərir ki, R.Lənkəranski Azərbaycanın Uşaq bağçaları üçün 150 min manat, Müharibə veteranlarına 35 min manat, özəl məktəblərdə təhsili yarımçıq qalmış tələbələr üçün isə 76 min dollar vəsait göndərib. Bütün bunlar RF-nın FTX-nin 29161 saylı qovluğunda xüsusi qriflərlə qeyd olunub. İtaliya polisi məlumatında bildirir ki, R.Lənkəranski Milanda olarkən şəhər qəbristanlığında müxtəlif illərdə vəfat etmiş Azərbaycandan olan 13 nəfərin məzarını bərpa edib.
Dünyanın hüquq-mühafizə orqanlarına “məxvi qovluq”lardakı materiallardakı məlumatlarda deyilir: Özbəkistan Respublikası Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi, S.A.Midhədov cənablarına, “Turobcan” məlumat verir: “Kriminal dünya”nın tanınmış simalarından olan azərbaycanlı Rövşən Lənkəranski Daşkəndin tanınmış qədim kitablar satan Q.S.Razaqovdan 45 ədəd çox qədim kitab alıb.
Məlumat üçün bildirirəm ki, bu kitabların ümumi dəyəri 30 min dollar edir. Rövşən Lənkəranski Azərbaycana məxsus qədim əlyazmaları Bakıdakı Əlyazmalar İnstitutun üçün göndərib.
İmza: Turobcan. 2016-cı il. 00470 saylı istintaq materialından. Vasif Əlihüseyn Mənbə: Rövşən Novruzoğlunun “Kriminal dünyanın tacı kitabı”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin