KTN-nin Beyləqan Aran Regional İdarəsinin özbaşınalığından nazir İnam Kərimova VİDEOMÜRACİƏT

0
95
Beyləqan rayon sakini, vətəndaş Simran Quliyev bidirir ki, KTN-nin Beyləqan Aran Regional İdarəsinə məxsus 18 hektar çöl torpaq sahəsində pambıq əkilsə də, məhsulun becərilməsinə ayrılan vəsait səmərəsiz xərclənib, daha doğrusu kimlərsə bu vəsaiti mənimsəyib.
Pambıq əkilmiş sahədə çəkilmiş video kadrlardan da görünür ki, S.Quliyev video- müraciətində nazirə müraciətində məhsulun zay olacağını xəbərdarlıq edir: “Görün ki. əkdiyiniz pambıq nə haldadır, sarmaşıq hamısını basıb, pambıq qalıb altda. Kalış sahəni-pambığı basıb altına. Deyilənlərə görə kalış üçün dərmanlar vurulub. Hanı bəs? Bu istiqamətdə ayrılan dövlət vəsaitləri təyinatı üzrə xərclənmir, mənimsənilir”.

S. Quliyev video-müraciətində üzünü nazir İnam Kərimova tutaraq bildirir ki, Aran Regional İdarəsindəki adamları onu aldadır, çox şeyi gizlədirlər. Nazirdən xahiş edir ki, onun iştirakı təmin edilməklə komissiya ayrılsın, bu dediklərinin hamısı araşdırılsın.

Müraciət edən şəxsin sözlərinə görə, Aran Regional İdarəsində pambıqla kalışı səhv salan “mütəxəsislər” var: “Pambığı pıtırğan ağuşuna alıb. Qoy nazir elə Anar Hüseynovun şəxsən özünü Beyləqana göndərsin. Gəlib əkdikləri pambığı öz gözləri ilə görsün. 450 hektar yerdən 10100 ton taxıl biçilib və 0.38 qəpikdən də satıblar. Biçilən arpanı isə Beyləqanın “Minstroy” kəndində yığıb, onu da 0.45 qəpikdən satırlar. Maraqlıdır, bu satılan taxıldan və arpadan əldə olunan pullardan KTN-nin büdcəsinə nəsə köçürülübmü?
P.S. “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhbəri Anar Hüseynovla bağlı ölkə mediasında müxtəlif iddialı yazılar səslənib. İndiyə qədər yazılanlara isə Anar Hüseynov və KTN rəhbərliyi heç bir mövqe sərgiləməyib. Bu günlər isə informasiya əldə etmişik ki, Anar Hüseynov nazirə müşavir təyin edilib. Eyni zamanda da əvvəlki işini idarə edir. Belə desək, A. Hüseynov müşavir təyin edilməklə, nazirə daha da yaxınlaşıb. Bir başqa sözlə, nazir İ.Kərimov barəsində çoxsaylı şikayətlər olunan vəzifəli şəxsləri karyera pilləsində daha da irəli çəkməklə, onların özbaşınalıqlarını və fəaliyyətsizliklərini stimullaşdırır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin