Kreml iki şərt qarşılığında kapitulyasiya HAZIRDIR

0
312

Kreml nəzarətində olan KİV-lərə və siyasi texnoloqlara mifik “Novorossiya” mövzusunu tədricən dirçəldilməsi barədə təlimat verib.

“Obozrevatel” nəşri yazır ki, bu haqda öz bloqunda “Donetsk Xalq Respublikası” (“DXR”) terrorçularının keçmiş başçısı, Rusiya diversantı İqor Qurkin (Strelkov) öz mənbələrinə istinad edərək yazıb.

“”Novorossiya” terminini zibil səbətindən çıxartmaq və onu yenidən hərəkətə gətirmək əmri verilib”, – terrorçu qeyd edib. Onun sözləri görə, yaxın gələcəkdə hadisələrin inkişafının iki mümkün variantı gözlənilir.

Birinci varianta görə, Kreml müharibədən çox qorxur və son arqument kimi “Ukrayna sakitləşməsə və Minsk prosesinə qayıtmasa, biz “Novorossiya”nı dirildəcəyik” mesajı verir. O bildirib ki, “Novorossiya” ilə maksimum bir-iki il əvvəl qorxutmaq mümkün idi, amma indi mümkün deyil.

“Böyük müharibəyə hazırlıq başlayıb və onun başlaması yalnız vaxt məsələsidir”, – Strelkov yazıb.

İkinci varianta gəlincə, onun fikrincə, Kreml “Krım məsələsinin dondurulması” və sanksiyaların qismən ləğvinə əvəz olaraq Donbas müharibəsində kapitulyasiyaya (Döyüşən tərəflərdən birinin öz müqavimətini dayandıraraq rəqibin şərtlərini qeyd-şərtsiz qəbul etməsi –red.) hazırdır.

“Seçim azdır: qeyd-şərtsiz kapitulyasiya və müharibə arasında”, – o qeyd edib.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin