Krallığın sevimli gəlinləri haqqında HEYRƏTAMİZ FAKT – FOTO

0
283

Londonda Kosmetika və Plastik Cərrahiyyə Mərkəzində çalışan doktor Culian De Silva Britaniya kral ailəsinin gənc xanımlarının üzünü müqayisə edib və bildirib ki, 36 yaşlı Meqan Marklı ən gözəli hesab etmək olar.

Xarici KİV-i yazır ki, qiymətləndirmə zamanı doktor qızıl bölgü prinsipinə əsaslanıb. Hansı ki, riyazi düstur və harmonik bölgüdən hələ qədim yunanların dövründə gözəllik meyarlarını müəyyən etmək üçün tətbiq olunub. Leonardo Da Vinçi də Vitruvian adamı çəkəndə eyni prinsip üzərində dayanıb.

Culian De Silvanın araşdırmasına görə, şahzadə Harrinin nişanlısının üzü daha ideal proporsiyalara cavab verir. Keyt Middlton isə kiçik fərqlə ikinci yeri tutub.

Həkim hesab edir ki, digər şahzadələrin fonunda Meqan və Keyt həqiqətən seçilir. Meqanın demək olar ki, ideal burnu və çənəsi var. Gözəl simmetriyalar onu qədim yunanların ideal saydığı proporsiyalara yaxınlaşdırır.

Gözəllik üzrə ekspert Beatris Yorkskoy, şahzadə Yevgeniya və Zara Filipsin də zahiri görkəmini yüksək qiymətləndirib, amma birincilik palmasını məhz Meqan Markla verib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin