“İrandakı soydaşlarımızın aktivliyi Tehranın rəsmi siyasətini dəyişə bilər, amma…”

0
94

İqbal Ağazadə: “Üzdə nəyinsə dəyişməyi çətin ki, geniş mənada nəyisə dəyişsin…”

Son vaxtlar İranda yaşayan soydşlarımızın Qarabağ problemi və bu problemin Azəbaycanın marqları konteksində həlli ilə bağlı hərəkətliliyi əhəmiyyətli dərəcədə artmaqdadır. Qarabağla bağlı səsləndirilən şüarlar, keçirilən aksiyalar buna nümunədir. Bəs İrandakı soydaşlarımızın bu aktivliyi rəsmi Tehranın siyasətinə təsir göstərə, onun Ermənistanla əlaqələrinin məhdudlaşmasına səbəb ola bilərmi?

Moderator.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə  İrandakı soydaşlarımızın aktivliyinin önəmini vurğulamaqla yanaşı, məsələnin digər tərəfinə də diqqət çəkdi:

“Təbii ki, orada yaşayan 35-40 milyonluq azərbaycanlının bu aktivliyi İranın rəsmi siyasətinin dəyşməsinə səbəb ola bilər. Lakin bu, işin görünən tərəfidir. Məsələ bundadır ki, İran Azərbaycanın regiondakı problemlərinin həllində maraqlı deyil. İran hesab edir ki, Azərbaycan problemlərini həll etsə, öz mövqelərini gücləndirsə, o zaman dünyada yaşayan azərbaycanlılara dəstək məsələsi də gündəmə gələr. Ona görə də İranın bu məsələdəki mövqeyinin geniş mənada dəyişəcəyi inandırıcı deyil”.

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin