İradə Gülməmmədovadan düşmənə xas olan addım – sabah toyu olacaq ailənin evini sökdürdü

0
285

“İradə Gülməmmədovanın vətəndaşda nifrət oyadacaq addımlar atmaq dövlət başçısına zərbə deyil, nədir bəs?!”

Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova Saray qəsəbəsində aprelin 13-də toy mərasimi olacaq evini uçurtduraraq yerlə-yeksan edib. RealMedia.az xəbər verir ki, bu barədə Az24saat.org saytına məlumat verən sakinlər bildirir ki, hətta gəlinin yeni gətirdiyi cehiz əşyalarını, divanı, qabları da qırıblar.

Bildirilir ki, 1999-cu ildən həmin evdə yaşayan ailəyə evin sənədlərinin qanunsuz olması bildirilib. “Əslində, sənədlər də qaydasındadır.
Lap deyək ki, evin sənədləri qanuni deyil, bu, əsas vermir ki, evi dağıdasan. Düşünək ki, gözünüzü qan örtüb, evi məhv etmək istəyirsiniz, gözləyin toyu eləsinlər də. A kişi, ay qadın, ailə yazıqdı axı… Ailə çadır istəyib, onu da verməyib, hazırda çöldə qalıblar”.

O da bildirilir ki, icra başçısının göstərişi ilə edilən bu cür addım neçənci dəfədir baş verir. “O qadın nəzərə almalıdır ki, prezident İlham Əliyevin Abşerondakı nümayəndəsidir. Vətəndaşda nifrət oyadacaq addımlar atmaq dövlət başçısına zərbə deyil, nədir bəs?!”

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin