Fikrət Fərəməzoğluna verilən cəzadan 1 il azaldıldı

0
99

Bu gün Ali Məhkəmədə “Jam.az” saytının rəhbəri Fikrət Fərəməzoğlunun barəsində olan məhkəmə qərarından verilən kassasiya şiakyətinə baxılıb.

RealMedia.az xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə  F.Fərəməzoğlunun cəzası azaldılıb.

Yəni, onun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib.

Qeyd edək ki, Fikrət Fərəməzoğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan F.Fərəməzoğlu apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü dəyişdirmədən qüvvədə saxlamışdı.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin