Fəzail Ağamalı Dövlət Komitəsinin sədrini niyə tənqid edib?- Səbəb

0
60

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev vəzifiyə təyin edildikdən sonra tikintini dayandırıb. Bakı şəhərində tikinti sahəsində işləyən 50 mindən çox insan işsiz qalıb”.

RealMedia.az “Report”-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, S.Nuriyev məsuliyyətini başa düşməlidir: “Dövlət başçısının siyasətinın əsası mahiyyəti işsizliyin aradan qaldırılmasıdır. Bununla bağlı da ciddi layihələr həyata keçirilməkdədir. Amma o, bir ilə yaxındır ki, Bakıda tikinti işini dayandırıb. Mənim tikinti ilə əlaqəm yoxdur, amma bizə müraciətlər edirlər. İnsanların işlə təmin edilməsinə nə üçün qadağa qoyulur? Bu sahədə narahatlıq mövcuddur, aradan qaldırılmalıdır, konkret addımlar atılmalıdır. Bu cavan oğlan insanların məşğulluğuna niyə qadağa qoymalıdır?”.

Spiker Oqtay Əsədov isə ona cavab olaraq deyib ki, faktı araşdırmaq lazımdır: “Araşdırmamış rəqəm söyləmək olmaz. 50 min məsələsi ilə bağlı faktın var? Bu harada olub? Dəqiq sənəd var? Dəqiqləşdirilməmiş məsələləri qaldırıb ajiotaj yaratmaq lazım deyil”.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin