Erməni arvadın xəyanəti və Gəncənin süqutu

0
211

Gəncənin tarixə adını qızıl hərflərlə yazdıran canlarından biri Cavad xanın arvadlarından biri erməni qızı Astığik Adonyan idi.
Cavad xan Gəncə xanlığının nüfuzunu daha da böyütmək və ətraf ərazilərə də yaymaq üçün bir növ nikah diplomatiyasına girir. O, bununla da xrisitian və erməni məliklərini təsirinə salmaq üçün yararlanırdı. Cavad xan Astığiklə nikaha girdikdən sonra onun adını dəyişdirib Astagül qoyur. Lakin ondan uşağı olmur. Astiğikin qardaşı Revaz Adonyan Gəncədə ticarətlə məşğul idi. Onların ətrafında yüzdən çox erməni tacir toplandığından varlı ailələr sayılırdılar. Gəncəyə Sisyanov hücum edəndə ilk olaraq Cavad xana təslim olmağı təklif edir. Lakin Cavad xan ruslara yox cavabı verir. Bir neçə dəfə hücumdan sonra Sisyanov Gnəncəni zor gücünə əldə edə bilməyəcəyini başa düşür və gürcü və ermənilərə müraciət edir -”
“Bütün Rusiya ordusu ilə Gəncə torpağına girərkən, hamınızı lütfkar rus hökmdarlarının adından əmin edirəm ki, Rusiya taxt-tacının müdafiəsi üçün qalxan hər kəs özünün və əmlakının təhlükəsizliyinə tam təminat alacaq, müsəlmanların soyğunçuluğundan, hər cür təqib və sıxışdırmalardan canınız qurtaracaq”
Gürcülərə regionda hegemonluq, ermənilərə isə azad ticarət vəd edilir. Lakin buna baxmayaraq ilk olaraq ona cavab verilmir. Lakin Revaz Adonyan bacısının təkidi ilə gecə ikən bir neçə erməni ailəsi
Sisyanovun yanına gəlir və ona ermənilərin əməkdaşlığını təklif edir. Sisianov soruşur ki, bəs şəhərə girmək üçün yol nədir? Ermənilər deyir, Gəncənin suyu kəsilməlidir. Ermənilər Gəncəyə gələn suyun yolunu göstərirlər və o boruları heyvan qanları ilə doldururlar. Yəni şəhərə qan axıdırlar. Bundan sonra şəhərin suyu kəsilir, xəstəlik başlayır, müqavimət zəifləyir…
Cavad xan başda olmaqla, gəncəlilər əllərinə silah alıb, ruslarla vuruşanda onlara atəş açan rus əsgərlərinin içində erməniləri görürlər. Revazın balaca qardaşı Aşot Adonyanın açdığı güllə Cavad xanın ürəyinə tuş gəldi. Cavad xan “ay namərd erməni” deyərək yerə yıxıldı…
Cavad xanın ölümünü görən gəncləlilər sona qədər vuruşa bilmirlər. Gəncə tamam işğal olundan sonra Cavad xanın erməni arvadı rus zabitlərindən birinə ərə gedir…
Zaur Əliyev, dosent

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ata binen insanlar, at ve açık hava
Fotoğraf açıklaması yok.
Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve açık hava
Görüntünün olası içeriği: bulut, gökyüzü ve açık hava

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin