Ekspert broyler toyuqlarının zərərindən DANIŞDI: “…Dərmanlar vurulur”

0
59
“Hər bir mal müəyyən standartlara əsasən buraxılır. Azad bazar iqtisadiyyatında, dünyanın qloballaşması prosesində bir ölkədən başqa bir ölkə bazarına məhsul çıxarılarkən təəssüf ki, onun tərkibinə arzuolunmaz maddələr qarışdırılır, dərmanlar vurulur”
Bunu “Sherg.az”a açıqlamasında Azad İstehsalçılar Birliyinin (AİB) sədri, ekspert Eyyub Hüseynov hazırda Azərbaycan bazarlarında satılan broyler toyuqlarının insan orqanizmi üçün vəd etdiyi təhlükələrdən danışarkən deyib.
AİB diqqətə çatdırıb ki, bu məhsullara da həmin dərmanlardan vurulur.
Broylerlərin insan orqanizminə ziyan vurması ilə bağlı iddialara gəlincə, E. Hüseynov qeyd edib ki, ət məhsullarının tərkibində antibiotiklər, baytarlıq dərmanlarının qalıqları və digər şeylər var:
” Belə şəraitdə arzuolunmaz hallar meydana çıxır. Ona görə də, gərək insanlar belə məhsullardan aşırı dərəcədə istifadə etməsinlər”.
Qeyd edək ki, son illər insanlar broyler toyuqlarından imtina etməyə başlayıblar. Buna rəğmən digər ət məhsullarına nisbətən ucuz olduğu üçün onu alıcıları da az deyil.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin