Ekologiya nazirliyində Novruz Quliyev “dövran“ı

0
99
Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Naziri təyin edildikdən sonra qurumda kiçik islahatlar aparmaqla kifayətləndi. Yeni nazirin islahat apara bilməməsi isə kadr çatışmamazlığı ilə izah edilir. Köhnə komanda ilə yola davam etməyə qərar verən Muxtar Babayevin əsas işlərində müavini Novruz Quliyevin önə çıxması isə maraqlı məqamlardan biridir.
RealMedia.az xəbər verir ki, bu əsnada “AzFakt.com”-a daxil olan məlumata görə ETSN naziri Muxtar Babayev nazirlikdəki əsas “kilid” işləri müavini Novruz Quliyevə tapşırmaqla bərabər, bir çox məsləhətləşmələri də onunla aparır.
Muxtar Babayev Novruz Quliyev “mehriban”lığının səbəbkarı isə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun olduğu deyilir. Belə ki, SOCAR prezidenti Rövnəq Abdullayevin yaxın adamı olan Qorxmaz Hüseynov Novruz Quliyevlə həm yerli və yaxın münasibətlərə malikdirlər. ETSN nazirinin də Rövnəq Abdullayevin kadrı olması isə Novruz Quliyevlə Muxtar Babayevi yaxınlaşmasına səbəb olub.
RealMedia.az xəbər verir ki, saytın verdiyi digər məlumatda isə qeyd edilir ki, adı bir müddətdir mətbuatın gündəmindən düşməyən, hazırda Ağ Göl Milli Parkının direktor müavini vəzifəsini daşıyan Loğman Mehdiyevində arxasında məhz nazir müavini Novruz Quliyev dayanır. Hələ ilin əvvəlində Muxtar Babayevin Loğman Mehdiyevin işdən azad edilməsi əmrinin geri oxunmasının əsas səbəbkarının Novruz Quliyev olduğu bildirilir.
Məlumata görə hazırda nazirlikdə köhnə komandadan qalan direktorların çoxsuna hazırda himayədarlığı Novruz Quliyev həyata keçirir.
RealMedia.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin