Bu ölkədə 2050-ci ildə rus qalmayacaq

0
849

Rusiyanın ailə, anaların və uşaqların qorunması məsələləri üzrə Patriarx Komissiyasının sədri Dmitri Smirnov 2050-ci ilə kimi Rusiyada rusların tükənəcəyini bildirib.

Bu barədə Smirnov “Qovorit Moskva” radiostansiyasının efirində etdiyi çıxışda danışıb.

Efirdə onun Rusiya müftiləri şurasının sədri Ravil Qaynutdinin 15 ildən sonra Rusiya vətəndaşlarının üçdə bir hissəsinin müsəlman olacağı barədə dediklərini şərh etməsini xahiş ediblər.

Smirnov bu fikirlə razılaşaraq, proqnozların düzgün olduğunu, Rusiyada əsasən müsəlmanların çoxövladlılığa üstünlük verdiyini vurğulayıb.

“Tatarlar yox, məhz qafqazlılar. Çeçenlərdə də, inquşlarda da ailədə səkkiz övlad olur. Burada (Rusiyada – red.) tamamilə başqa xalqlar yaşayacaq: çeçenlər, inquşlar və ərəblər”, – deyə baş keşiş bildirib.

Smirnov bu tendensiyanın labüd olduğunu dilə gətirib.

Qeyd edək ki, “Rosstat”ın məlumatına görə, Rusiya Federasiyasında doğum halları kəskin şəkildə azalıb və son illər ərzində ilk dəfə olaraq əhalinin təbii azalması qeydə alınıb.

Gülər Əli

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin