HƏYACAN TƏBİLİ: Atası həbsdə olan baş redaktorun özü də həbs təhlükəsi ilə üz-üzə qalıb

0
420

Bu gün jurnalist,«RealMedia.az» saytının baş redaktoru Ramin Məhəmmədoğlu ilə Beyləqanda şantajçı şəbəkə üzvləri arasında məhkəmə çəkişməsinin növbəti prosesi keçirilib. Baş redaktor bildirir ki, məkəmə prosesi olduqca gərgin və qalmaqalı keçib. Məhkəmə prosesində xüsusi ittihamçılar baş redaktorun həbs olunmasını israrla qeyd ediblər.

Baş redaktor Ramin Məhəmmədoğlu qarşı tərəfin xüsusi ittiham qaydasındakı şikayətini əsassız olduğuna dair məhkəməmyə vəsatətlər və digər sübutlar təqdim edib. O, məhkəmədə çıxış edərək bildirib ki, şikayətçilərin məhkəməyə təqdim etdikləri yazı böhtan və təhqir sayıla bilməz. Həmin yazılar Beyləqanda fəaliyyət göstərən bir qurup sahibkarlar tərəfindən ünvanlanmış şikayət ərizələri əsasında dərc edilib. Həmin sahibkarlarda məhkəmə prosesində şahid qismində iştirak edərək izahat verib yazılanların onların özləri tərəfindən yazıldığını və saytda dərc edimləsini xahiş etdiklərini deyiblər. Lakin… lakin məhkəmə sahibkarların ifadələrini pratokola salımır.

Ramin Məhəmmədoğlu onu da vurğulayıb ki, artıq üçüncü məhkəmə prosesidir ki, keçirilir. Hər dəfəsində vəsatətlər təqdim edərək qarşı tərəfin barəmdə verdiyi şikayətin hüquqi əsası olmadığını məhkəmənin nəzərinə çatdırsam da lakin, nədənsə hakim məhkəməyə təqdim etdiyim vəsadətləri təmin etmir, sübutları qiymətləndirmir. Artıq məhkəmənin məni həbs etməyəcəyinə əmin deyiləm. Hakim məni həbs etmək üçün ən xırda dəlil axtarır ki, məni həbs etsin. Növbəti məhkəmə prosesi isə sentyabr ayının 23-nə təyin edilib.

Baş redaktor onu da bildirib ki, artıq üzləşdiyi məhkəmə ədalətsizliyindən Prezident İlham Əliyevə müraciət ünvanlayacaq.

RealMedia.az

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin