Bolqarıstan Kommunist partiyasının villasını alan Azərbaycan investorları kimdir…

0
260

Azərbaycandan olan investorlar Bolqarıstanda vaxtilə Kommunist partiyasına məxsus olmuş villanı alıb və onu restavrasiya edir.

Bolqarıstan KİV-ləri istinadən xəbər verir ki, vaxtilə bolqar kommunistlərinin liderlərinin istirahət məkanı olan “Voneshta voda” spa-otelini alan azərbaycanlı investorlar malikanənin restavrasiyası zamanı onun tarixi görkəmini saxlamağı öhdəyə götürüblər. Layihənin mühüm hissələrindən biri də qədim Roma imperiyası dövrünün hamamlarını xatırladan pilləkanvari mineral su vannalarının bərpasıdır. Artıq malikanənin fasadı, fontanlar təmir olunub, iki mineral su hovuzu bərpa edilib.

Veliko Tırnovoda bolqar kommunistlərinin liderlərinin istirahət kompleksinin ərazisində yerləşən və Todor Jivkovun özünün istifadə etdiyi villanı isə bundan əvvəl daha bir neftlə zəngin keçmiş sovet respublikasından-Qazaxıstandan olan investor Adel Sarsaçev alıb.

Xəbərdə bildirilir ki, rusiyalı və azərbaycanlı brokerlər həmin rayonda daha bir neçə daşınmaz əmlakın alınması üçün danışıqlar aparır.

Virtualaz.org

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin