SON DƏQİQƏ: Beyləqanda növbəti kadr dəyişikliyi- Mer vəzifəsindən kənarlaşdırıldı

0
356

Beyləqan rayon İcra hakimiyyətinin yeni başçısı Asif Ağayev sələfi Vaqif Abdullayevin növbəti kadrını “vurdu”.

RealMedia.az xəbər verir ki, hazırda icra başçısı Asif Ağayev rayonun idarə, müəssisə və təşkilat rəhbərlərindən ibarət iclas keçirir. Bildirilir ki, iclasın başlanğıcında Asif Ağayevin müvafiq əmri ilə, Beyləqan rayon İcra Hakimiyyəti başçısının Şəhər Ərazi İcra Nümayəndəsi Bakir Balakişiyevi işdən azad edib.

Hələ ki, mer vəzifəsinə təyinat yoxdur, müvəqqəti mer səlahiyyəti müavini Cavid Hüseynova həvalə edilib.

Qeyd edək ki, Asif Ağayev bundan əvvəl Təhsil Şöbəsinin müdirini Xuraman Rüstəmovanı və icra hakimiyyəti başçısının Hümanitar məsələlər üzrə müavini Aytən Mirzəyevanı tutduğu vəzifədən azad etmişdir.

Hazırda icra başçısının işdən çıxardığı hər üç şəxs sabiq başçı Vaqif Abdullayev tərəfindən vəzifəyə təyin edilmiş şəxslər idi.

RealMedia.az,

Rəvan Qurbansoy

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin