“Təmir işləri aparılarkən küçəmizin xəttləri qırılıb, internet və telefonlarımız işləmir” – Beyləqanda narzalıq var

0
129

Beyləqan şəhəri 20-yanvar küçəsində telefonlar işləmir. Beyləqan şəhəri 20-yanvar küçəsinin sakinləri artıq 7 gündür ki, telefon xəttlərinin işləməməsindən şikayət edirlər. Onlar aidiyatı orqanlara öz şikayətlərini bildiriblər.

Onların şikayətinin təmin olunmasına söz versələr də, bu sözvermələr yenə vəd olaraq qalıb. Məsələ öz həllini tapmır. Sakinlərin dediyinə görə hardasa təmir işləri aparılarkən bu küçəyə gələn xəttləri qırıb. İnternetin və telefonun olmaması küçədə yaşayanların əsəblərini tarıma çəkib, küçə sakinləri şikayət etmək məcburiyyətindədirlər. (Dia.az)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin