Baş redaktorun PA mənsubları ilə görüşünə bürokratik əngəl yaradılıb – Beyləqan RİH-də gərgin saatlar yaşanmaqdadır

0
116
Baş redaktorumuz Ramin Məhəmmədoğlu bu gün Beyləqan Rayon İcra Hakimiyyətində Prezident Administrasiyasının rayon üzrə kuratoru Əflatun Rufiyev və Administrasiyanın daha iki nəfər məsul işçisinin vətəndaşlarla görüşündə iştirak etmək üçün qəbula yazılıb. Saytımızın rəhbəri xəbər verir ki, onun qəbula gəlməsindən narahat olan yerli məmurlar artıq narahatlıqlarını aşkar surətdə büruzə verməyə başlayıblar. Ramin müəllim erkən saatlardan RİH nümayəndələrinin qəbula gələn yerli sakinlər arasında seçim apardıqlarını, sadə sosial problemlərlə bağlı müraciət edənlərə mane olmadıqları halda, məmurlardan, vəzifəli şəxslərin büdcə talançılığından, hüquqpozmalardan şikayət etmək üçün gələnlərə əngəl yaratdıqlarını müşahidə etdiyini bildirir. Media kapitanı həmçinin bildirir ki, yerli aparat işçiləri, ələlxüsus da RİH-nin ümumi şöbəsinin hüquqşünası ondan şikayətinin səbəbini soruşublar, o isə şikayətini birbaşa PA nümayəndələrinə üzbəüz deyəcəyini, şikayətnaməsini onlara əlbəəl verəcəyini deyib.
Əslində Beyləqan RİH mənsublarının jurnalistin PA nümayəndələri ilə görüşünə bürokratik əngəl yaratmaq cəhdləri qanunsuz olsa da, başa düşüləndir. Çünki R.Məhəmmədoğlu baş redaktoru olduğu “Realmedia.az” saytında xeyli vaxtdır və elə indinin özündə də Beyləqan rayonunda baş verən qanunsuzluqlardan, korrupsiya və maxinasiyalardan bəhs edən tənqidi məqalələrlə çıxış edir. Onun yerli məmurlardan RİH başçısının müavini Məhəmməd Qələndərov barəsində qələmə aldığı, tutarlı faktlara söykənən yazıları isə artıq ciddi rezonans doğurub. Sözsüz, Qələndərov və iş yoldaşları jurnalistin əlindəki informasiyanı PA mənsubları ilə bölüşəcəyindən qorxurlar.
Sonda xatırladaq ki, dünən KİV-də M.Qələndərovun qəbula gələn vətəndaşın əlindən telefonu zorla aldıraraq təzyiqə məruz qoydurmasının sübutu kimi xidmət edən səs yazısı yayılıb.
İrəlıiləyən saatlarda Beyləqandan növbəti xəbərlər gözləyirik. Bizi izləyin.
RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin