Baş redaktor üçün özəl gün – Vaqif Abdullayevdən təbrik

0
133

Bu gün RealMedia.az saytının rəhbəri, tanınmış jurnalist Ramin Məhəmmədoğlunun özəl günüdür.

RealMedia.az-la özəl gününü bölüşən tanınmış jurnalist, doğum günü münasibəti ilə çoxsaylı təbriklər aldığını bildirib:

“Bu gün mənimçün xüsusi günlərdən biridir. Dost-tanışlardan, həmkarlardan saysız-hesabsız təbriklər aldım. Ancaq xüsusi təbriklərdən biri professor, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Vaqif Abdullayevin təbriki oldu. Hörmətli professorun mənə bu cür diqqət göstərməsi həqiqətən də qürurverici hissdir. Çünki V.Abdullayev Azərbaycan elitasında kifayət qədər tanınmış ziyalılardan biridir”.

RealMedia.az kollektivi olaraq biz də saytımızın rəhbərinin doğum gününü təbrik edirik. Doğum gününüz mübarək, Ramin Məhəmmədoğlu!

Gülnarə Eynullaqızı

Rəvan Qurbansoy

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin