Bakıdan uçan təyyarənin qəza anı

0
50
Fevralın 25-də Bakıdan havaya qalxan və Moskvanın “Şeremetyevo” hava limanında qəzalı eniş edən “Qolfstrim” biznes-jet təyyarəsinin yeni görüntüləri yayılıb. Rusiya KİV-i xəbər verir ki, təyyarənin qəza enişini əks etdirən kadrlar müşahidə kamerası tərəfindən lentə alınıb.
Xatırladaq ki, təyyarənin göyərtəsində 3 sərnişin – Azərbaycan vətəndaşı Asif Ələkbərov, Rusiya vətəndaşı Ariya Axmadova və Belarus vətəndaşı Valentina Davıdovskaya və 3 ekipaj üzvü olub – Elman Aslanov, Sergey Polumordvinov və Leyla Paşayeva. Rusiya İstintaq Komitəsi uçuş-enmə zolağından kənara çıxan təyyarəyə ciddi ziyan dəydiyini açıqlamışdı.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin