Bakıda kriminal aləmdə “Emil 444” ləqəbi ilə tanınan şəxs qətlə yetirilib – VİDEOLAR

0
119
Bakının Binəqədi rayonunda kütləvi dava olub.
RealMedia.az xəbər verir ki, İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı kriminal aləmdə “Emil 444” ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlu qətlə yetirilib.

Həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Xatırladaq ki, kriminal aləmdə “Emil 444” ləqəbi ilə tanınan Emil Səfərov Türkiyənin İstanbul şəhərində qətlə yetirilmiş “qanuni oğru” Rövşən Lənkəranskinin ünvanına kəskin təhqirlər işlətmişdir. Bildirilir ki, həmin şəxs əslən Salyan rayonundan olan Ceyhun adlı gəncdir.
O, bir neçə gün əvvəl sosial şəbəkələrdə R.Lənkəranskinin ünvanına söyüşlər söyüb. İlkin məlumata görə, Ceyhun adlı şəxs Bakıda bıçaqlanıb. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlanması barədə məlumat yoxdur.
Ətraflı məlumat veriləcək…

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin