Bakı Slavyan Universitetində nələr baş verir?

0
316

Bakı Slavyan Universitetinin xarici ölkə vətəndaşı olan tələbələri narahat duruma düşüb.

Belə ki, universitetin magistratura şöbəsinin II kurs magistrantı Aysel İsmayılova gözləmədiyi halda universitetdən xaric olunması ilə bağlı əmr alıb.

Qeyd edək ki, Aysel İsmayılova Rusiya vətəndaşıdır.

Onun bildirdiyinə görə, bu ilin fevralında əcnəbi vətəndaşların Azərbaycanda təhsil alma qaydalarının dəyişdirilməsi ilə bağlı məlumat alıb. Maraqlıdır ki, həmin qayda hələ Nazirlər Kabinetinin 2015-ci ilin 1 may 125 nömrəli Qərarı ilə müəyyən edilsə də, rəhbərlik əcnəbi tələbələri universitetə qəbul edib.

Məsələ ilə bağlı Bakı Slavyan Universiteti ilə əlaqə saxlanılıb. Universitetdən saytımıza bildiriblər ki, tələbələr universitetdən xaric edilməyib.

“Hələ ki, heç bir tələbə universitetdən xaric edilməyib. Məsələ ilə bağlı araşdırma aparılır. Bəzi problemlər var. Onlar yoluna qoyulandan sonra ətraflı fikir bildirəcəyik”

Qeyd edək ki, universitetin magistratura şöbəsinin II kurs tələbəsi olan Aysel İsmaylova problemlə bağlı ilk olaraq Femida.az-a müraciət edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin