“Bakı metropoliteni”nin sərnişinlərinə Wi-Fi xidməti təklif oluna bilər

0
63

“Bakı Metropoliteni”nin sərnişinlərinə Wi-Fi xidməti təklif oluna bilər. Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin işarə vermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov deyib.

Onun sözlərinə görə, müəyyən texniki və təhlükəsizlik məsələləri var ki, onlar tam həll olunduğu zaman bu müstəvidə danışmaq olar: “Bizim əsas məqsədimiz hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bildiyiniz kimi, Wi-Fi müəyyən radiodalğalar üzərindən işləyir, bu isə digər cihazların işinə maneələr törədir. Hazırda araşdırmalar aparılır ki, gələcəkdə texniki problem olmadan biz bu layihəni həyata keçirə bilək”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin