Bağdadda Kor Xəlifənin, Sumqayıtda isə TŞ-nin müdiri Nizami Namazovun “xətrinə dəymək olmaz”!…

0
834

Son bir il ərzində Sumqayıt şəhər təhsil şöbəsinin müdiri N. Namazovun adı mətbuat səhifələrində həddindən artıq hallanmış və oxucular tərəfindən birmənalı qarşılanmamışdır.
Maraqlıdır, görəsən, bu adam əslində kimdir, indiyədək işlədiyi yerlərdə hansı “qəhrəmanlığı” göstərib ki, qalmaqal yaradıb gündəmdə qalan bəzi üzdəniraq müğənnilər-MANISlar kimi camaatı çaşbaş qoyub. Tərcümeyi-halına baxsaq görərik ki, Nizami müəllim bir çox yerlərdə işləyib, lakin heç birində dərin iz buraxmayıb. Bu səbəbdən də demək olar ki, orta məktəb təhsilindən yerli –dibli xəbəri yoxdur. Bu adam SDU-də prorektor işlədiyi müddətdə yalnız ona –buna(xüsusən rəhbərliyə) müxtəlif şər və böhtan ataraq, ərizəbazlıqla məşğul olmuş, dövlət orqanlarını gözdən salmışdır. Sumqayıt şəhər TŞ-nə uzun müddət rəhbərlik etmiş müdirlər öz işlərini təxminən belə qurardılar:
1. Yeni dərs ilinin əvvəlində şöbənin metodistlərini məktəblərə göndərib cari dərs ilində olan təlimat və göstərişləri yerlərdə başa salar, məktəb rəhbərliyini, müəllimləri təlimatlandırardılar. Sonra ilboyu məktəblərdə “rivizor”kimi yox, bir məsləhətçi kimi yoxlamalar aparardılar. Nəticəni maarifyanı müşavirələrdə təhlil edərək, hansı məktəbin yaxşı, hansının isə pis işləməsini məlum edərdilər.
2. Keçmiş müdirlər məktəblərə əsil MƏBƏD kimi baxar, köməklərini onlardan əsirgəməzdilər.
3. Həmin müdirlər 10 minlik pedaqoji işçinin hamısının xeyir və şər məclislərində yaxından iştirak edər, əllərindən gələn köməyi edərdilər.
4. Ən əsası, onlar pedaqoji işçilərə gəlir mənbəyi kimi yox, əsil insan kimi baxar, insan sevgisi bəsləyərdilər…
Gəlin, görək, N. Namazov işlədiyi ilyarım ərzində hansı işləri görüb?!
Onu deyək ki, yuxarıda sadalanan işlərin heç biri bu adamlıq deyil!.. O, yalnız və yalnız hansı yollasa, çoxlu pul qazanmaqdan başqa heç nə haqqında fikirləşmır.”Qəhrəman müdir” bir il ərzində 2,8,9,34,40 nömrəli məktəblərin direktorlarını işdən çıxardaraq, yerlərinə təhsildən xəbəri olmayan, özü kimi “alverçi”ləri təyin etmişdir.Biri maşın alverçisi, biri sələmlə pulverən, biri isə …
Bu “qəhrəman” bir il ərzində 200 nəfərdən çox müəllimi ( TN-nin göndərişi olmadan, işə qəbul imtahanından 35-45 bal toplamış gənc kadrları) hansı yollasa, müddətli müqavilə ilə işə götürmüşdür. Halbuki, TN-nin götərişinə əsasən Sumqayıt və Bakı məktəblərinə 48 baldan aşağı bal toplayan kadrları işlə təmin etmək olmaz. SUAL olunur: -Hörmətli müdir, əgər burada rüşvət və korrupsiya yoxdursa, bəs onda bu adamlar hansı yolla işlə təmin ediliblər?!
Əgər 9 saylı məktəbin direktor müavinlərini qanunsuz olaraq işdən azad edib, sonra məhkəmə çəkişmələrində çabalayacaqdınsa və doğrudan da məqsədin pul qazanmaq deyildisə, onda nə əcəb həmin məktəbin tanınmış müəllimlərindən birni oraya müvəqqəti rəhbər təyin etmirdin?! Bəlkə, 39 saylı məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışan Həqiqət Abdullayeva, 11 saylı məktəbdə inküliziv təhsildə müəllim köməkçisi işləyən Təranə Nəsirova bu məktəbin müəllimlərindən çox-çox yüksəkdə dayanırlar?! Məgər, təkcə bu iki nəfərdən aldığın 40-50 min AZN sənə yox, bir başqasına verilib? Bax elə buradaca rəhmətlik MƏŞƏDİ İBADın məşhur sualı meydana çıxır: Əcaba, bu iki qadının nəyi və harası sənin xoşuna gəldi ki, onlara belə bir mötəbər vəzifə bağışladın?Axı sən rüşvətxor deyilsən!… Hə… burada tülkünün quyruğu görsəndi!… Deməli, ortada pul söhbəti olmasa, H. Abdullayeva kabinetinin qapısına öz adını cürət eləyib yazdırmaz, allahın təbaşirini şagirdlərə satdırmaz, 8 Mart bayramına şagirdlərdən 20 AZN yığdırmaz, Uşaq Təşkilatı Birliyinin rəhbəri Validə Əlirzayevanı istənilən pulu ödəmədiyi üçün təhqir etməz və o da naəlac qalaraq ölkə prezidentinə vidiomüraciət etməzdi.
Hörmətli oxucular, Bayırda 21-ci əsrdir, Nizami Namazov isə hansı əsrin adamıdır, bilinmir… Ölkədə Prezident SEÇKİlərinə hazırlıq gedir, “təhsilin bilicisi” isə görün nə işlə məşğuldur?! HALAL OLSUN!!!!…

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin