Azərbaycan və Ermənistan XİN başçıları aprelin 15-də Moskvada görüşəcəklər

0
24

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş aprelin 15-də Moskvada keçiriləcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan bildirib.

Onun sözlərinə görə, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək.

***

Azərbaycan XİN bu görüşlə bağlı məlumat yayıb. Nazirlikdən bildirilib ki, aprelin 15-də Moskva şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüş keçiriləcək.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin