Azərbaycan millisinin FIFA reytinqində mövqeyi dəyişmədi

0
19

FIFA dünya yığmalarının 2019-cu il üçün ilk reytinq siyahısını açıqlayıb.

RealMedia.az-ın məlumatına görə, Azərbaycan millisi mövqeyində dəyişiklik baş verməyib. Yığma yenə 1206 xalla 107-ci pillədə qalıb.

Milli ötən ilin dekabrında açıqlanan yekun siyahıdan bəri heç bir oyun keçirməyib. Ötən müddət ərzində Asiya kubokunun final mərhələsi, eləcə də azsaylı yoldaşlıq matçları baş tutub.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin