“Azəravtoyol” ASC-də Şükür Aslanov rüzgarı və İmişli “troyka”sının macəraları

0
487

İmişli rayon polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Ayaz Cəfərovun işindən azad olunmasından sonra, RPİ-nin tədqiqat şöbəsinin rəisi polis mayoru Rəhim Həsənov da işdən azad edilib. Məlumata görə, hal-hazırda RPİ-də isə növbə müavinlərə çatıb.  Yerli mediaya yazır ki, adı qalmaqallarda hallanan rəis müavini bir neçə gün bundan qabaq töhmət almış polkovnik-leytenant Habil Ağayev səksəkədədir.
Qudasına görə minnətçi düşmək
Daxil olan məlumata görə, Daxili İşlər naziri Ramil Usubov cənabları İmişli RPİ-nin vəzifəsindən azd edilən rəisi polis polkovnik-leytenantı Ayaz Cəfərovu qəbul edib və ondan rayonda baş verən hadisələrlə bağlı ətraflı məlumat tələb edib. Sabiq rəis RPİ-nin rəis müavini polkovnik-leytenant Habil Ağayevin əməlləri ilə bağlı geniş məlumat verib. Belə olduqda şikayətlərin qarşısını almaq və olunan şikayətlərin geri alınması üçün bütün vasitələrdən istifadə olunur. Məlumata görə isə bu işdə ən çox aktivliyi ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanov göstərir: “Ötən gündən Habil Ağayevdən narazı olan şəxslərin bir-bir qapısına gedərək İmişli RPŞ-nin rəis müavinini bağışlamalarını xahiş edən Şükür Aslanov, nəhayət bir neçə nəfəri şikayət etməkdən çəkindirə bilib. Burada müxtəlif amillər də rol oynayır.” ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanovla, İmşli RPŞ-nin rəis müavini Habil Ağayev həm də qudadırlar. Belə ki, Şükür Aslanovun qızı, Habil Ağayevin oğluna nişanlanıb.
“Troyka”nın torpaq əməliyyatı
Oxucuların nəzərinə çatdıraq ki, cumhuriyyet.az media üzərindən araşdırmalar zamanı əldə etdiyi məlumata görə, ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanovun, İmşli RPŞ-nin rəis müavini Habil Ağayevin və adı bir zamanlar “MTN işi”ndə hallanan, əslən İmişli rayonundan olan, tərəfdarlarının tikinti kralı adlandırdıqları Əvəz Şükürovdan ibarət qrup, RİH başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi, “İmişli Pambıq” ASC-nin sabiq direktoru Məmi Atakişiyevə məxsus, Bəcirəvan kəndi ərazisində yerləşən 100 ha əkinə yararlı torpaq sahəsini ələ keçiriblər. Qrupun özününküləşdirdiyi torpaq sahəsi dərhal yerli icra hakimiyyətinin müvafiq sərəncamı ilə Habil Ağayevin oğlunun, yəni Şükür Aslanovun kürəkənin adına sənədləşdirilib. Xatırladaq ki, sənədləşmə əməliyyatının dərhal icra olunması”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisinin hər kəslə dil tapmaq bacarığından irəli gəlir. Bir müddət öncə mətbuatında dərc etdiyi məşhur “toy əhvalatı” hələ də yaddaşlardadır.
“Toy əhvalatı”
Bu günlərdə ölkə mediasında Ş.Aslanov haqqında ilginc iddia yayılıb. Həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanovun icra hakimiyyətlərindən birinin oğlunun aprel 28-də keçirilən toy məclisinə 5000 manat məbləğində nəmər yazdırdığı haqqında məlumat daxil olub. Mənbə əlavə olaraq bildirdi ki, bu Şükür Aslanovun yalnız toya yazdırdığı məbləğdir. Belə ki, icra hakimiyyətinin başçısı ilə münasibətlərindən ekstaza gələn idarə rəisi əlavə olaraq, yazdıqdığı məbləğin bir neçə qat miqdarında da toyda pul xərcləyib”.
RealMedia.az xəbər verir ki, yuxarıda yer alan məlumatla bağlı cumhuriyyət.az saytı bəzi araşdırmalar aparıb. Araşdırmaların nəticəsi söhbətin hansı icra başçısından getdiyini düşünməyə əsas verir. Aprel ayının 28-də yerli internet saytlarından birində dərc olunan xəbərə diqqət edək: “İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin ailəsində xoş gün yaşanır. Məlumata görə, V. Hacıyev bu gün oğlu Məhəmməd Hacıyevi evləndirir. Saytımıza daxil olan xəbərdə vurğulanır ki, Hacıyevlər ailəsi ölkənin tanınan ailələrindən biriylə qohum olur. Toy mərasimi “Buta Palace”da keçirilir”. Bütün bu sadalananlara Ş.Aslanovun əslən imişli rayonundan olması və bu rayonun sanballı oliqarxlarından sayılmasını da əlavə etsək ip ucları toyun məhz İmişli rayon icra başçısının oğlunun olduğu ehtimalını artırır.
Bir mədhiyyənin iziylə, yaxud mollalar və manısların sevimlisi
Onu da bildirək ki, Şükür Aslanovun “məclis qəhrəmanlığı” yalnız bu olayla bitmir. Şükür Aslanovla bağlı əlavə məlumatlar əldə etmək məqsədilə apardığıız araşdırmada bir müddət öncə dərc edilmiş kifayət qədər primitiv mədhiyyədəki bir məqam diqqətimizi cəlb etdi: “Toyda misiqiçilər, yas mərasimində mollalar məclisə daxil olan kimi onu (Şükür Aslanovu – red.) diqqət mərkəzində saxlayır”.
Həbsdən necə qurtulub?
Şükür Aslanov və onun rəhbərlik etdiyi ORİON-E MMC ilə bağlı ən ilginc məlumat isə bir neçə il əvvəl iri tutumlu, hər hansı sənədlərinin olmadığı söylənilən, bitiumla dolu avtomobillərin şirkət ərazisinə daxil olarkən MTN əməkdaşları tərəfindən hadisə yerində tutulmasıdır. Məlumatda qeyd olunur ki, hadisə yerində dərhal həbs edilən Şükür Aslanov naməlum səbəblərdən qısa müddət sonra azdlığa buraxılıb.

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin