Acınacaqlı vəziyyətdə yaşayan köçkünlər: Onlar Dövlətin qayğısından niyə kənarda qalıblar? –VİDEO REPORTAJ

0
920

Son dövrlər məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində bir çox mühüm işlər görülür. Lakin hələ də qeyri-yaşayış sahələrində – uşaq baxçaları, zavod və yataqxanalarda məskunlaşan məcburi köçkünlərimiz var. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində qaçqın və məcburi köçkün ailələrinə yeni mənzillər verilməsi prosesi hər il davam edir. Lakin bəzi hallarda bu mənzillərə əsl haqqı olanlar, ağır şəraitdə yaşayanlar deyil, müxtəlif vasitələrlə sahib olanlar var. Abşeron rayonu Xırdalan şəhərində 1 və 2 saylı Yataqxanada məskunlaşan məcburi köçkünlər buradan köçürüləcəkləri günü səbirsizliklə gözləyirlər.
Bu insanlar illərdir ki, qəzalı şəraitdə olan, dördyanı zibillik, rütubət və üfunət iyi verən binada yaşayırlar. Bina beş mərtəbədən ibarətdir. Yataqxana inşa olunduqdan bu günə kimi, orada heç bir təmir işləri aparılmayıb. Mənzərə həqiqətən də dəhşətlidir. Yataqxananın elektrik naqilləri, kanalizasiya sistemi, su və qaz xəttləri çox bərbad haldadır. Mənzillərsə yararsız vəziyyətdədir. Binaya gedən yol təmirsiz, çala-çuxur, palçıq içindədir. Yayda toz-torpaq, qışda isə palçıqlı həyət.

Yataqxanada məskunlaşan məcburi köçkünlərin yaşadığı vəziyyət çox acınacaqlıdır. Öz dedikləri kimi, burada yaşamağa məcburdular. Elə bu səbəbdən də yataqxana sakinləri RealMedia.az-a müraciət edərək yaşadıqları vəziyyətdən şikayətlənirlər. Onların sözlərinə görə, dəfələrlə “Qaçqınkom” a müraciət etsələr də, heç bir müraciətləri təmin olunmayıb. Beləliklə, “Qaçqınkom” sədri onları nə qəbul edib, nədəki evlə təmin edib.

Gülnarə Eynullaqızı,

Rəvan Qurbansoy,

RealMedia.az

 

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin