ABŞ-la “Taliban” arasında danışıqların yeni mərhələsi başlayır

0
37

ABŞ ilə “Taliban” arasındakı növbəti, sayca 6-cı danışıqlar bu gün Qətərdə başlayacaq.

“RealMedia.az” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hərəkatının nümayəndəsi Zabiullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, ABŞ-ın nümayəndə heyəti hazırda gəldiyinə görə, görüşün ən qısa müddətdə başlayacağı gözlənilir.

Daha əvvəl ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Dohada keçirilən danışıqlarının beşinci mərhələsinin yekununda taliblərlə, o cümlədən ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı razılaşmanın ilkin qaralama formasının hazırlanması barədə məlumat verib. O, eyni zamanda qeyd edib ki, hələlik yekun razılaşma yoxdur.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin