ABŞ-da daha bir “Boeing” təyyarəsi təcili eniş edib – FOTO

0
103

ABŞ-ın paytaxtı Vaşinqtondan San-Fransiskoya uçan “United Airlines” aviaşirkətinin təyyarəsi ağır qoxuya görə Vaşinqtonun digər aeroportunda təcili eniş edib.

Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.

Qeyd edilir ki, təyyarə yerə sağ-salamat enib, amma təcili xidmətlərin əməkdaşları 7 sərnişini xəstəxanalara çatdırıb. Onlar və daha 10 nəfər uçuş ərzində ürək bulanmasından, sinə ağrısından və nəfəsalmanın çətinliyindən şikayət ediblər.

Şahidlərdən biri bildirib ki, salonda kəskin yanacaq qoxusu hiss edilib. İy uçuş müddətində daha da güclənib. Onun sözlərinə görə, daşıyıcı şirkət zərərçəkənlərə tibb xərclərini ödəyəcəyini söz verib.

Qeyd edək ki, bir neçə gün əvvəl də ABŞ-da “Boeing 737 MAX” təyyarəsi təcili eniş edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin